Xəbər lenti
Çətin məktəbli layihəsi çərçivəsində tədbir keçirilib - ŞƏKİLLƏR
26 noyabr 2022-ci il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu rayon Abbasxanli kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Çətin məktəbli” layihəsi çərçivəsində vebinar keçirilib.
Manevr.az xəbər verir ki, valideynlərin və məktəblilərin iştirak etdiyi tədbirdə layihə rəhbəri, Ağsu Rayon Kəndoba kənd tam orta məktəbinin tarix müəllimi Kərimli Elnur Mayıl oğlu layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, "Layihə çərçivəsində psixoloji-pedaqoji təsir metodlarının köməyi ilə çətin tərbiyə olunan şagirdlərlə iş aparmaq, yeniyetmələr arasında qanun pozğunluğu hallarının azaldılması, şagirdlər arasında intihar hallarının, intihara aparan səbəblərin aradan qaldırılması kimi hədəf istiqamətləri müəyyən edilib.
Layihə üzrə ekspert Ziba Məmmədova Ağsu rayonu Kəndoba kənd tam orta məktəbində yaradılmış “Məktəb-Valideyn assosasiyası”nın tədbirlər planından söz açıb. Qeyd edib ki, layihə çərçivəsində “Səriştəli valideyn” proqrami təsis edilib. Proqram çərçivəsində 1000 ədəd maarifləndirici flayer hazırlanaraq Ağsu rayon Ümumtəhsil məktəblərinin şagirdlərinə təqdim olunub. Peşəkar təlimçi tərəfindən layihə çərçivəsində tematik vebinarlarin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, layihənin sosial şəbəkədə səhifəsi yaradılıb. Tədbirdə çətin tərbiyə olunan və yeniyetməlik dövrünü çətin keçirən məktəblilər üçün stimullaşdırıcı psixoloji yardım vasitəsi Sosial media hesabı barədə məlumat verilib, maarifləndirici flayerlər məktəblilərə təqdim olunub. Tədbir iştirakçıları ilə mövzu ətrafında müzakirələr aparılıb. Tədbir çay süfrəsi ilə başa çatıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar