Xəbər lenti
"İngilis dili hər kəs üçün əlçatandır" layihəsi çərçivəsində təlim kursları uğurla davam etdirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan “İngilis dili hər kəs üçün əlçatandır!” – ingilis dili kurslarının təşkili layihəsinin icrası uğurla davam etdirilir.
Layihə çərçivəsində Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində layihənin rəhbəri, layihənin koordinatoru, layihənin ekspertinin və bir neçə müəllimin iştirak etdiyi kursda şagirdlərə layihə haqqında ümumi məlumat verilib, şagirdlər müvafiq bilik və bacarıqlar əldə ediblər. Bu həftə təşkil olunan təlimlərdə layihə rəhbəri Tovuz rayon Aşağı Quşçu kənd tam orta məktəbinin ingilis dili müəllimi Leyla Məmmədova layihənin məqsədi, layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi Aşağı Quşçu kəndində yaşayan və həmin kənddə yerləşən 3 məktəbdə ( Aşağı Quşçu 1 nömrəli tam orta məktəb, İ. Mürşüdov adına tam orta məktəb, İ. Bayramov adına tam orta məktəb) təhsil alan şəhid, qazi ailələrindən, onların yaxınlarından, eləcə də maddi imkanı zəif olan istedadlı, öyrənməyə həvəsli şagirdlər üçün ingilis dili kursunun təşkilidir. Layihə çərçivəsində bu kursa cəlb olunan şagirdlərin 5 ay davam edəcək kurs ərzində dinləyib-anlama, danışma, oxu, yazı bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutuldugunu vurğulayıb.
Qeyd edək ki, təlim kursuna cəlb edilmiş şagirdlərin seçimi test imtahanınin nəticələrinə əsasən müəyyən edilib. Kursda iştirak edən 15 şagirdə layihə çərçivəsində 5 ay ərzində ingilis dilində oxuma və anlama bacarıqları oyrədiləcəkdir. Layihənin sonunda şagirdlərin hər birinə təlim keçilən səviyyə üzrə sertifikatların verilməsi nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar