Xəbər lenti
Azərbaycan-Serbiya münasibətləri: 25 illik diplomatik strategiyada yeni xətt

Manevr.az bildirir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O hesab edir ki, bu il oktyabrın 1-də Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz-İnter-Konnektorunun açılışı mərasimində iştirakı və orada verilən mesajlar mühüm əhəmiyyətə malikdir: “Bu xüsusda Serbiya prezidenti Aleksandar Vuçiçin həmin tədbirdə Prezident İlham Əliyev haqqında səsləndirmiş olduğu yüksək hörmət və ehtiramı ehtiva edən fikirlər sonrakı dövrdə özünü əlaqələrin daha da intensivləşməsində göstərən mühüm amillərdən idi. Son illər Avropa, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlıqda yeni imkanlar açılıb. Əməkdaşlıq enerji siyasəti istiqamətində daha sürətlə inkişaf edir. Avropanın enerjiyə olan tələbatının təmin edilməsində Azərbaycanın oynamış olduğu rol və etibarlı tərəfdaş imici bu gün ölkəmizə və onu Liderinə olan münasibətin bariz nümunəsi kimi önə çıxır”.
Deputat Azərbaycan-Serbiya münasibətlərinin qurulmasının 25-ci ilində əlaqələrin inkişafında yeni tendensiyaların formalaşmasına diqqət çəkib: “1997-ci ilin avqust ayının 21-də Azərbaycanla Serbiya arasında başlanan ilk diplomatik münasibətlər indiki mərhələdə özünün ən yüksək pilləsinə çatıb. Artıq iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən 44 sənəd imzalanıb. Prezident İlham Əliyevin Serbiyaya bu səfəri zamanı da çox mühüm istiqamətləri əhatə edən sənədlərə imza atılıb. Azərbayca-Serbiya arasında strateji müttəfiqlik səviyyəsində inkişafa xidmət edən bu cür əlaqələrin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar