Xəbər lenti
Mübariz Qurbanlının prokuror qardaşını şantaj edən qadın həbs edildi
Tariyel Qurbanov və Mübariz Qurbanlı
Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstənin üzvü Sahilə Məmmədova barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.
Manevr.az xəbər verir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Sahilə Məmmədova məhkəmə zalında həbs olunub.
Qətimkan tədbirinin dəyişdirilməsi ittiham olunan şəxsin məhkəmə proseslərinə gecikməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər.
Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan şəxslərdən yalnız Sahilə Məmmədova ev dustaqlığında olub. Digərləri barəsində əvvəldən həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. T. Qurbanov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar