Xəbər lenti
Azərbaycan ədliyyəsi dövlət var olduqca var olacaq...

Manevr.az xəbər verir ki, bu gün ədliyyə işçilərinin peşə bayramıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əsası qoyulan bir çox nazirliklərdən biri də Ədliyyə Nazirliyi idi. Ədliyyə Nazirliyinin Əsasnaməsinin 1918-ci ildə qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə qeyd olunmağa başlayıb. 104 illik tarixə malik olan Azərbaycan ədliyyəsinin müstəqilliyimizin indiki dönəmində də keçdiyi inkişaf, qazandığı uğur və nailiyyətlər onu göstərir ki, dövlət və dövlətçiliyimizin sütunu möhkəmdir. Artıq işğaldan azad olunmuş torpaqlarda ədliyyə orqnlarının qurulması, fəaliiyəti qürurverici olmaqla yanaşı, uğur göstəricisidir. Dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımız gücümüz, fəaliyyət sferamızda mətinlik, dönməzlik nümayişimizdir.
Qeyd edək ki, 22 noyabr "Ədliyyə İşçilərinin Peşə Bayramı" ilə əlaqədar Şirvan şəhərində tədbir keçirilib. Tədbirdə Şirvan şəhər İcra Başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov, Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə, Şirvan Şəhər Məhkəməsinin sədri Elçin Qurbanov, Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasov, eləcə də, ədliyyə və məhkəmə aparatının işçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan ədliyyəsinin yaranması, keçdiyi tarix və bu günkü fəaliyyəti haqqında geniş çıxışlar səsləndirilib. Gələcək planlar və layihələr müzakirə olunub.
Azərbaycan Ədliyyəsi dövlət var olduqca var olacaq. Çünki o əmin əllərdədir. Yüksək əzm və ədalətlə çalışan ədliyyə işçilərinin göz önündə olan fəaliyyəti bunu deməyə əsas verir. Gələcəyə və gücümüzə möhkəm inam hissi ilə bütün həmkarlarımı 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətiilə təbrik edirəm!
Namidar Misirzadə,
Şirvan Kommersiya Məhkəməsinin sədri






Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar