Xəbər lenti
Ulu Öndər partiyası hər zaman qalib gələcək! - Aqil Məmmədov
Aqil Məmmədov
Milli Məclisin deputatı
Müstəqil Azərbaycanın ən böyük siyasi təşkilatının - Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü torpaqlarımızın azad edildiyi, milli qürurumuzun özümüzə qayıtdığı bir şəraitdə qeyd edirik.
Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin başçılığı ilə ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi ilə 30 illik həsrətə son qoyuldu.
Bu Zəfər xalqımızın, eyni zamanda, 30 il əvvəl Ulu öndərin rəhbərliyi ilə yaradılmış partiyanın - YAP-ın zəfəridir. Çünki, son 30 ildə ölkəmiz məhz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət yolu ilə inkişaf edərək bu günlərə yetişib. Bu zəfərlə Prezident İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu gerçəkləşdirdi.
30 il öncə - 1992-ci il noyabrın 21-də YAP-ın təsis edilməsi Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdi, onu davamlı sabitlik, tərəqqi yoluna çıxardı. YAP mürəkkəb və çətin şəraitdə xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldi. Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi.
YAP iştirak etdiyi bütün seçkilərin qalibi olub və 30 il keçməsinə baxmayaraq bu gün də cəmiyyətdə böyük nüfuza, etimada malikdir. Bu, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. YAP-ın indiyədək olan hədəfləri və qarşısında duran vəzifələri bir siyasi təşkilatın marağına, mənafeyinə deyil, birbaşa dövlətin, xalqın marağına, mənafeyinə uyğundur. YAP malik olduğu potensialla respublikanda problemlərinin həllində aktiv şəkildə iştirak edir.
YAP öz sıralarında 760 mindən çox vətəndaşı birləşdirir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəsə bu partiyanın qapıları açıqdır.
YAP-ın sədri, cənab İlham Əliyev partiyanı sonuncu qurultayında deyirdi ki, “Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil”. Bu, reallığı hər kəs qəbul edir. YAP-ın bu uğuru onun cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən milli siyasət yürütməsidir. Sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.
Biz ümidvarıq ki, Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində olduğu kimi bundan sonar da ümumxalq partiyası olaraq Azərbaycanın inkişafına xidmət edəcək. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi unudulmaz töhfələrlə, müstəqilliyimizlə, bu günümüzlə inkişafımızla, xoşbəxt həyatımızla fəxr edir və gələcəyimiz uğurunda düşünürük. Ulu Öndər ideyaları yaşayır, qalib gəlir və hər zaman qalib gələcək!

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar