Ağsuda “Sağlam qidalan sağlam ol!” layihəsini yekun hesabat tədbiri keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Kəndoba kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan sağlam ol!” adlı layihəsinin yekun hesabat tədbiri keçirilib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqinin Ağsu rayon Komitəsinin sədri Sevinc Behbudova və komitə əməkdaşlarının, Ağsu rayon təhsil ictimaiyyəti nümayəndələrinin, layihə üzrə işçi qrupunun, təlimçi və ekspertlərin iştirak etdiyi tədbirdə çıxış edən layihə rəhbəri Ziba Məmmədova bildirib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə icra olunur. “Layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. Layihə çərçivəsində Ağsu rayonu Kəndoba, Pirhəsənli və Çiyni kənd tam orta məktəblərində tematik seminarların, həmçinin məktəblilər üçün nəzərdə tutulmuş “Mənim sağlam sinifim” adlı esse müsabiqəsinin keçirildiyini müsabiqənin qaliblərinin müəyyənləşdirildiyini vurğulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqinin Ağsu rayon Komitəsinin sədri Sevinc Behbudova çıxış edərək layihənin əhəmiyyətindən söz açıb, layihə çərçivəsində həyata keçirilən tədbirlərin vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Ağsu rayonu Kəndoba kənd tam orta məktəbinin direktoru Afaq Məhəddinova qeyd edib ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Sağlam qidalan sağlam ol!” adlı flayerlər paylanılıb. Tədbir çay süfrəsi ilə yekunlaşıb.
Qeyd edək ki, layihə çərçivəsində Ağsu rayonunun üç ümumtəhsil məktəblərində maarifləndirici seminarlar təşkil olunub, şagirdlərin mövzu ilə əlaqədar daha çox araşdırma aparması və daha geniş informasiya əldə olunması məsqəsi ilə rayon məktəbliləri arasında 21 gün müddətində (20 oktyabr 2022-10 noyabr 2022 tarixləri aralığında) “Mənim Sağlam sinfim" adlı esse müsabiqəsi keçirilib. müsabiqədə iştirak edən iştirakcilarin hər birinə sertifikatlar, birinci, ikinci və üçüncü yerləri qazanmış məktəblilərə isə müvafiq olaraq diplomlar təqdim olunub.