Xəbər lenti
Fransanın xilaskarı, Rodezin Fatehi

Sovet ordusunun uğurlarından qorxan faşist komandanlığı hərbi əsir düşərgələrini cəbhə xəttindən uzağa, Fransanın cənubuna köçürdü. Azərbaycanlı hərbi əsirlər əsasən Rodez şəhərinin düşərgəsində saxlanılırdı. Məhz burada, Rodez rayonunda ilk sovet partizan alayının yaradılmasına başlanıldı. Faşizmə qarşı qorxmaz döyüşçü kimi şöhrət qazanan azərbaycanlı - zabit Mirzəxan Məmmədov düşərgədə olan bütün azərbaycanlıları öz ətrafında birləşdirə bildi və antifaşist təşkilatına rəhbərlik etdi.
Nuruş İmamqulu oğlu Mehdiyev, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Hüseynrza Məmmədov, Təvəkkül Məmmədov, Abbas Hüseynov, Xələf Hacıyev, Xaləddin Hacımuradov, Eyyub Məmmədov, Şahzadə Əbdürqəşimov, Əhmədiyyə Cəbrayılov və daha yüzlərlə azərbaycanlı Fransanı faşizmin əlindən alıblar. Larzak, Kursak, Mand, Nim, Rodez şəhərlərini yalnız azərbaycanlı partizanlar, heç bir kömək olmadan, azad ediblər. Rodezin azad edilməsi zamanı partizanlar - azərbaycanlılar xüsusi şücaət göstərmişlər. Daha sonra Fransanın Nyma, Alessa və s. şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişlər. Hamısı da həmin döyüşlərdən sonra komandanlığın əmri ilə Fransanın orden və medalları ilə təltif edilmişdir.
Bunlar içərisində İdris Həşimovun adı Fransa mənbələrində xüsusi hallanır. 5 mart 1944-cü ildə İdris Həşimovun adına verilmiş sənəddə yazılır ki, o, Aveyron rayonunun Aret-sol batalyonunda xidmət edib. Həşimov - Lion, Dijon, Rodez şəhərlərinin azad edilməsində iştirak edib, Millo, Mend, Lanqonne və s. ərazilərində faşist işğalçıları ilə döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib. Buna görə Franda Müqavimət Hərəkatının komandanlığından 2 xüsusi təşəkkür alıb.
Qeyd edim ki, təkcə düşmənlərə savaşmayıb Həşimov, onun yüzlərlə fransız uşaq, qadın və yaşlı insanı düşərgələrdən xilas etməsi barədə də qeydlər var. Deyilənə görə, Fransanın bir çox yerində onun xilas etdiyi şəxslər kilsədə onun üçün dualar edirdilər.
İdris Həşimov barədə Fransa mənbələrində yazılır ki, onun qəhrəmanlıqları barədə o dövrdə əfsanələr yayılmışdı və onu Rodez Fatehi deyə adlandırırdılar. Çox heyf ki, nə rus, nə də Azərbaycan arxivlərində onun haqqında başqa məlumata rast gəlmək olur.
Hazırda onun nəvəsi Elnurə Həşimova Amerikada yaşayır. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar