Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur hotelin külli miqdarda vergi borcu var

Tarix: 17-11-2022 09:39     Baxış: 4275 A- / A+

Bakının məşhur hotellərindən sayılan "Excelsior” məhkəməlik olub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Belə ki, "Excelsior”un rəhbərliyi az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təstiqini taparsa, bu zaman "Excelsior”u inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası noyabın 25-nə təyin olunub.

Onu da əlavə edək ki, hazırda "Excelsior”un vergi borcu da var. Belə ki, hazırda hotelin vergi borcu 75 931 manat təşkil edir.

Qeyd edək ki, hotelin qanuni təmsilçisi Rəhimov Elvin Fazil oğludur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar