Xəbər lenti
"YAP regionda artıq lider bir partiyadır" - Aqil Məmmədov
“Bu il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili tamam olur. Artıq bu istiqamətdə tədbirlərin keçirilməsinə çoxdan başlanılıb. YAP həqiqəqtən də zərurətdən, zamanın tələbindən yaranmış bir partiya olub. Çünki müstəqilliyimizi əldə etdikdən sonra səriştəsiz insanların hakimiyyətə gəlməsi, burada aparılan mübarizələr ölkəni idarəolunmaz bir hala gətirib çıxarmışdı. Bu vəziyyətdə Azərbaycan ziyalıları müzakirələr apararaq, düşündülər ki, bu işin öhdəsindən yalnız Ulu Öndər gələ bilər”.
Manevr.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, bu baxımdan Ulu Öndər Heydər Əliyevə müraciət olundu və Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı qərar qəbul olundu. 21 noyabrda isə ilk təsis konfransı keçirilir: “YAP müxalif partiya kimi yaranıb, lakin müxalif partiya olaraq doğurdan da, fərqli bir partiya idi. Çünki müxalif partiya mədəniyyəti onun sayəsində inkişaf etdi.
Vətəndaş müharibəsinin getdiyi, iqtisadiyyatımızın zəiflədiyi və torpaqlarımızın işğalda olduğu bir dövrdə bu cür məsuliyyəti öz üzərinə götürməyin özü belə böyük bir qəhrəmanlıq idi. Məhz Ulu Öndər Heydər Əliyev bu yükü öz çiyinləri üzərinə götürdü. Ölkənin belə bir vəziyyətində Ulu Öndərin hakimiyyətə gəlməsi istər-istərməz bütün əhalidə ümid işığının yenidən yaranmasına səbəb olmuşdu.
YAP zamanın tələbi ilə yaranmış və dünənin, bu günün, sabahın partiyası idi. Bu partiya tək ölkəmizdə yox, regionda artıq lider bir partiyadır. Ən sevindirici hal isə partiya üzvləri sırasında gənclərin çoxluq təşkil etməsidir.
Partiyanın yarandığı ilk gündən hər zaman əsas məqsədi dövlətin suverenliyinin təmin olunması, xalqın rifahının yüksəldilməsi və torpaq bütövlüyümüzün təmin edilməsi olub. Hazırda da partiyanın məhz ən böyük uğuru bizim zəfərimiz, 44 günlük müharibədə düşmənə qalib gələrək torpaqlarımızın işğaldan azad olunmasıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar