Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

ADA Universitetində “Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu” keçirilib

Tarix: 16-11-2022 11:04     Baxış: 4242 A- / A+
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycan Milli bölməsinin təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilmişdir.
“Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu” adlanan tədbir Qoşulmama Hərəkatı Gənclər Təşkilatının müxtəlif üzv ölkələrindəki nümayəndələrin, habelə Milli Bölmə olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzvü olan gənclərin iştirakı ilə ADA Universitetində baş tutmuşdur. Tədbir Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadənin açılış nitqi ilə başlamışdır. Daha sonra çıxış edən NAYORA-nın Baş katibi Ramin Həbibzadə Milli Bölmənin bu günə qədərki fəaliyyətindən bəhs etmişdir. Ardınca Qana, Misir, Zimbabve, Malavi, Cənubi Afrika kimi ondan çox Qoşulmama Hərəkatının Milli Bölmələrindən olan təmsilçilər öz mədəniyyətlərini əks etdirən təqdimatlar nümayiş etdirmiş, ölkələrinin tarix və mədəniyyətlərinin unikal simvolları ilə iştirakçıları tanış etmişdirlər. Forum çərçivəsində rəsmi hissə müxtəlif xalqların milli rəqs və musiqilərinin ifa olunduğu proqram ilə davam etmişdir.  Beynəlxalq Tolerantlıq Gününün beynəlxalq səviyyədə qeyd olunmasının zəruriliyini vurğulamaq məqsədi ilə forum hibrid formatda baş tutmuşdur. Foruma Qoşulmama Hərəkatına üzv olan ölkələrdən 100-dən çox gənc qatılıb. “Qoşulmama Hərəkatına üzv Ölkələrdə Tolerantlıq və Multikulturalizm” mövzusunda baş tutan forum gənclər arasında tolerantlıq prinsiplərinin vacibliyi ilə bağlı məlumatlılığı artırmaq və mədəni müxtəlifliyi təbliğ etmək məqsədi daşımışdır. Eyni zamanda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mahiyyətini əks etdirən Qoşulmama Hərəkatına daxil olan ölkələrin gənclərinin arasında mədəni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək kimi bir sıra hədəflər də forumda öz əksini tapmışdır.  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Hərəkata sədrliyi dövründə irəli sürülən təşəbbüslərdən biri olan QH Gənclər Təşkilatının təsis olunması Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. Bir illik fəaliyyəti dövründə Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri üçün aparıcı beynəlxalq platformalardan birinə çevrilmə istiqamətində qətiyyətli addımlar atmışdır.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar