Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sədərək"də döyülərək 30 min manat pulu oğurlanan sahibkar kimdir?

Tarix: 15-11-2022 20:06     Baxış: 4205 A- / A+




Xəbər verdiyimiz kimi, "Sədərək" ticarət mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 min manat pulu ələ keçirilib. Hadisə noyabrın 11-də qeydə alınıb.
Naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 min manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Polis Şakir Ağayevə xəsarət yetirən şəxs və yaxud şəxslərin axtarışını həyata keçirir. Artıq 3 gündür ona xəsarət yetirərək qulduruluq edən şəxslərin axtarışı istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Ticarət mərkəzində əksər müşahidə kameraları yoxlanılıb.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, Şakir Ağayev uzun müddətdir biznes fəaliyyəti ilə məşğuldur.
O, 2021-ci ildə dekabr ayı üzrə koronavirus pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında da yer alır.
Şakir Ağayevin Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 700 kv.metr olan 2 mərtəbəli ticarət obyekti də var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar