Xəbər lenti
Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirdi

Şəhər xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1- i qızdır. Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindən doğulanlardır. Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb. Ondan sonra Bərdə sakininin övladı olmayıb. Üçəm dünyaya gətirən qadının qaynanası Xalidə Qafarovanın sevinci hədsiz-hüdsuz görünürdü. O, yeni doğulan nəvələrinə isə Həsən, Hüseyn, Zeynəb adı verdiklərini bildirib.
Mingəçevir şəhər Xəstəxanasının doğum şöbəsində, 8 il sonra 2-ci hamiləlikdən üçəm dünyaya gətirən ana və uşaqların vəziyyətləri normaldır. Yeni doğulan körpələrin çəkisi müvafiq olaraq 2 kiloqram 600, 2 kiloqram 900 və 2 kiloqram 300 qramdır.
Xəstəxanadan verilən məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar