Xəbər lenti
“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib -ŞƏKİLLƏR
12 noyabr 2022-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi, Göyçay şəhər 4 nömrəli tam orta məkətbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihənin tədbirlər planına uyğun olaraq növbəti həftə seansı keçirilib.
Tədbirdə layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Layihə rəhbəri, Göyçay şəhər M.Muradov adına 4 saylı tam orta məktəbində texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihəni həyata keçirməkdə məqsəd 20 nəfərə yaxın valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit formalaşdırmaqdan ibarətdir. O, həmçinin Layihə çərçivəsində həftəlik seansların keçirildiyini vurğulayıb. Təlimçi Elnarə Qasımova əhəmiyyətindən söz açıb. Bildirib ki, “Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Yeniyetmələr arasında ilk olaraq gizlənmiş emosional problemlər art terapiya vasitəsi ilə üzə çıxarmalıyıq. Depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqlarında art terapiyadan geniş istifadə olunur.” O, həmçinin layihə çərçivəsində fototerapiyadan istifadə olunacağını və layihənin yekunu olaraq hazırlanmış fotoların sərgisinin keçiriləcəyini vurğulayıb. Təlimdə yeniyetmə məktəblilər çəkdikləri rəsmlərlə öz hiss və həyəcanlarını, qorxularını və sevinclərini təsvir ediblər. Terapevt isə rəsmlərə əsassən şagirdləri analiz edir. Sağlam təhsil sinifində 20-ə qədər şagirdin iştirakı təmin olunub. Layihənin psixoloqu ilkin mərhələdə psixoloji sorğu anketləri vasitəsi ilə şagirlərin daxili dünyasını daha yaxşı öyrənib. Sağlam təhsil sinifində “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmaların tətbiqini nəzərdə tutan proqram üzrə işlər aparilır. Seansların keçirildiyi müddətdə onların çəkdiyi hansısa bir şəklə əsasən narahatlıqlarını aydınlaşdıra bilir, yaxud qum və gil vasitəsilə düzəltdikləri hər hansı bir elementə əsasən onun probleminin nədən qaynaqlandığını müəyyənləşdirir. Layihə çərçivəsində Göyçay rayonunda qabaqcıl təcrübəyə nail olaraq rayon təhsilinin keyfiyyəti yüksəldilib. Şagirdlərlə daha yaxşı və daha anlaşıqlı ünsiyyət təmin olunub. Məktəbdə sağlamlığı təbliğ edən tədbirlərin təşkili və məktəblərdə sağlam mühitin yaradılması məqsədi ilə tərtib etdiyimiz sağlam təhsil sinifinin fəaliyyəti təmin edilib. Sağlam təhsil sinifində məktəblilərin art-terapiya vasitəsi ilə müayinə olunması və yaşadıqları travmalar, psixoloji gərginliklər muəyyən qədər aradan qaldırılmışdır. Sonda seminar iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir çay süfrəsi ilə başa çatıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar