Xəbər lenti
“Erasmus Village” layihəsi baş tutub -ŞƏKİLLƏR

Layihənin açılış mərasimində birliyin sədri Əli Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şöbə müdiri Toğrul Məmmədli, Azərbaycanda “Horizon Europe” proqramının milli əlaqələndiricisi İlham Hümbətov, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, AHK və Erasmus+ üzrə rəsmi məlumat mərkəzinin direktoru Ramiz Əliyev spiker qismində çıxış ediblər. Spikerlər Erasmus+ proqramının
Azərbaycan vətəndaşları üçün təklif etidiyi imkanlardan söz açıb, proqramın insan kapitalının inkişafında önəmli rol oynadığını qeyd edib, layihənin bu istiqamətdə verəcəyi faydaları vurğulayaraq fəaliyyətinə uğurlar arzu ediblər.Gün boyu davam edən layihə çərçivəsində iştirakçılar xaricdə təhsil almaq və təcrübə keçmək ilə bağlı müxtəlif interaktiv sessiyalarda iştirak etmək imkanı da əldə ediblər. Həmçinin “Erasmus Village” layihəsinin tərkib hissəsi olaraq xarici ölkələrin diplomatik nümayəndəlikləri, beynəlxalq təşkilatlar, yerli universitetlərin
beynəlxalq əlaqələr şöbələri, beynəlxalq məlumat mərkəzləri kimi qurumların iştirakı ilə “Beynəlxalq təhsil və təcrübə” adlı sərgi də təşkil olunub.
Xatırladaq ki, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyi 2016-ci ildə təşəbbüs qrupu olaraq yaradılıb, 2019-cu ildə isə rəsmi qeydiyyata alınıb. Birliyin əsas fəaliyyət sahəsi gənclərin “Erasmus+” və digər proqramlar vasitəsilə xaricdə təhsil almasına və təcrübə qazanmasına dəstək olmaq, “Erasmus+” proqramının məzunları arasında əlaqə yaratmaq, beynəlxalq könüllülük proqramlarını təşviq etmək, inklüziv təhsilin inkişafına töhfə vermək, əcnəbi tələbə gənclərin ölkəmizdə sosial və mədəni inteqrasiyasına yardım etməkdən ibarətdir.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar