Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qoca Səmədovun vəziyyəti yaxşı deyil

Tarix: 11-11-2022 12:49     Baxış: 4234 A- / A+
Qoca Səmədovun vəziyyəti yaxşı deyil: Ürəyindən dördüncü dəfə...
Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov dördüncü dəfə ürək və boyun damarlarından əməliyyat olunub.
 
Manevr.az xəbər verir ki, bu barədə "report"a onun vəkili Elnur Vəliyev deyib.
 
Onun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında əməliyyat edilən keçmiş icra başçısının hazırda vəziyyəti yaxşı deyil: "Qoca Səmədovun ürəyinə stend qoyulub və ürək damarlarından əməliyyat edilib".

Xatırladaq ki, Q.Səmədov daha əvvəl ürəyindən üç dəfə əməliyyat olunmuşdu.
 
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar