Xəbər lenti
“Palmali Holding”in daha bir gəmisi şəhidimizin adını daşıyacaq

Mübariz Mənsimov
“Palmali Holding”in donanması Şəhid Muxtar Əli oğlu Qasımlının adını daşıyacaq gəmi ilə dünya sularında təmsil olunacaq.
Manevr.az bildirir ki, Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov "Palmali"nin növbəti gəmisinə Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Muxtar Əli oğlu Qasımlının adının verilməsi haqqında qərarı açıqlayıb. Xeyir dua almaq üçün Mübariz Mənsimov şəhidin anası ilə telefonla danışıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Muxtar Qasımlı ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar