Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbayan dövləti və xalqı 44 günlük müharibədən əvvəlki deyil - Aqil Məmmədov

Tarix: 08-11-2022 10:06     Baxış: 2258 A- / A+

Aqil Məmmədov
Milli Məclisin deputatı

İki il öncə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etdi.
Dünya xəritəsində coğrafi baxımdan elə də böyük olmayan Azərbaycan, müasir tarixdə ilk dəfə olaraq öz ərazilərini işğaldan azad edən dövlət kimi tarix kitablarına adını həkk etməyi bacardı.Təsadüfi deyil ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbədən sonra dünyada separatizmdən, işğaldan əziyyət çəkən dövlətlər də öz ərazilərini azad etmək üçün hərəkətə keçdilər, bir çox dövlətlər silah personalını dəyişməyə, Azərbaycanın döyüş meydanında tətbiq etdiyi silahları almağa başladılar.
Əsası Ulu öndər tərəfindən qoyulan düzgün siyasət Prezident İlham Əliyevin başçılığı ilə bizi tarixi qələbəyə çatdırdı. Cənab Prezidentin yürüydüyü siyasi-ideoloji xətt, iqtisadiyyatın gücləndirilməsi, hərbi sahədə islahatlar, dövlət quruculuğu, kadr islahatı, düzgün xarici siyasət, düzgün müttəfiq seçimi Azərbaycanın qələbəsini təmin etdi.
Zəfərimizi şərtləndirən digər bir amil - Xalq-Prezident birliyin 44 günlük müharibə dövründə daha qabarıq şəkildə özünü büruzə verdi. Sosial münsubiyyətindən, dinindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları Prezidentin ətrafında sıx birləşdilər. Bu milli birlik düşmənin, onun havadarlarının xalq arasında nifaq, ayrıseçkilik salmaq kimi təxribatçı cəhdlərini puç etdi. Ümumxalq birliyi düşmən üzərində qələbəmizi təmin etdi.
Müharibə təkcə döyüş meydanında deyil, informasiya və diplomatiya cəbhəsində aparılırdı. Azərbaycanın üzv olduğu bir sıra beynəlxalq təşkilatlardakı aktiv, təşəbbüskar rolu, beynəlxalq dəstəyi qazanmağımızda xüsusi rol oynadı. Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatında aparıcı mövqe qazanması, Avropa İttifaqı və ABŞ-la münasibətlərdə Bakının ilbəil artırdığı strateji əhəmiyyət, beynəlxalq təşkilatlarda ölkəmizin imicinin yüksəldilməsi sözsüz ki, qələbə üçün ciddi zəmin yaradırdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yürütdüyü məqsədyönlü siyasət 44 günlük müharibənin gedişində önəmli rol oynadı.
Bu yerdə Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri, ilk ölkə liderinin şəxsi münasibətləri, qardaş Türkiyənin qətiyyətli mövqeyi də qeyd edilməlidir. Şuşa Bəyannaməsi ilə davam etdirilən bu strateji müttəfiqlik həmçinin, qazandığımız qələbənin təminatı, qarantıdır.  
Azərbaycan Rxalqı 200 ildən sonar nəhayət məğlubiyyət kompleksindən yaxa qurtararaq qalibiyyət hissini əxz etməyə başlayıb. Bəzi qonşu  dövlətlər, beynəlxalq dairələr son zamanlar ölkəmizə qarşə təzyiq dili ilə təxribatçı hərəkətlərlə davranarkən, unutmamalıdırlar ki, nə Azərbayan dövləti, nə Azərbaycan xalqı 44 günlük müharibədən əvvəlki deyil.
İndi Azərbaycan yeni hədəflərinə doğru irəliləyir. Tanrı bu yolda, Prezidentimizə, böyük xalqımıza yar olsun!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar