Kişilərin sevdikləri qadınları daha çox aldatdıqları iddia edilir. Bununla belə, sevdiklərini aldadan qadınlar da az deyil.
Xarici mediaya istinadla sevdiklərini aldadan beş məşhur qadınla bağlı faktları təqdim edirik.
Kristen Stüart
Kristen Stüartın evli rejissor Rupert Sanders ilə romantikası məlum olanda o zaman Robert Pattinsonla görüşən aktrisa ictimaiyyətdən üzr istəyib.
“Mən yaxınlarıma və bütün zərərçəkənlərə verdiyim ağrı və utancdan dərin təəssüflənirəm. Bu anlıq laqeydlik həyatımdakı ən vacib şeyi, ən çox sevdiyim və hörmət etdiyim insanı, Robı təhlükəyə atdı. Mən onu sevirəm və üzr istəyirəm”, - o deyib.
Pattinson sevgilisini bağışlayıb, lakin Sandersin arvadı boşanmaq üçün məhkəməyə müraciət edib.
Cessika Simpson
Cessika Simpson öz xatirələrində Nik Laşe ilə evli olarkən Conni Noksvillə “emosional sevgi romanı” olduğunu etiraf edib.
“Mənim üçün emosional roman fiziki romandan daha pis idi. Bilirəm ki, bu gülməli səslənir, çünki evlənməmişdən əvvəl cinsi əlaqəyə belə diqqət yetirirdim. Cinsi əlaqəni sınadıqdan sonra anladım ki, emosional komponentin həqiqətən böyük bir şey olduğunu başa düşdüm. Conni ilə aramızda sən demə seksdən daha böyük bir xəyanət olubmuş” – o, etiraf edib.
Meq Rayan
Dennis Kueyd ilə evliliyi zamanı Meq Rayanın digər ramonatikası var idi. Əri kimi. Münasibətlərinin sonuna yaxın Meq ərini Rassell Krou ilə aldadıb.
“Dennis çox uzun müddət mənə xəyanət etdi və bu, çox ağrılı idi. Boşandığımız zaman bu barədə daha çox öyrəndim. Rassell bizim evliliyimizi pozmayıb. O, artıq sona yaxın idi, buna görə də bu, şübhəsiz ki, onun günahı deyil”, - ulduz belə paylaşım edib.
Tori Spellinq
Tori Spellinq Çarli Şeynianla evli olanda o, eyni zamanda evli olan Din MakDermottla tanış olub. Lakin bu, onların sevgi münasibətinə girməsinə mane olmayıb.
“Biz Dianla nahardan sonra bara getdik və gecəni birlikdə keçirdik. Ertəsi gün onun yanında oyananda heç nəyə peşman olmadım. Evliliyimdə həqiqətən də nəsə səhv idi. Və təkcə bu oğlanla yatdığım üçün deyil, baxmayaraq ki, bu, əlbəttə ki, müsbət əlamət deyildi, həm də peşman olmadığım üçün”, - o, etiraf edib.
Nəhayət, Spellinq ərindən boşanaraq 16 ildir evli olan və beş uşaq böyüdən sevgilisi ilə evlənib.
Kris Cenner
Kris Cenner etiraf edib ki, başqa münasibəti onun evliliyini pozub. “Mən çox gənc olanda ailə qurmuşam. Robertlə (Robert Kardaşyan – Kris Cennerin birinci əri. – red.)
18 yaşım olanda tanış olmuşam. Dörd il görüşdük, sonra evləndik. 30 yaşım olanda bir münasibətim var idi. Və mənim ən böyük peşmanlığım ailəmi məhv etməyim idi”, o, boynuna alıb.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar