Xəbər lenti
Özünü dəyiş
(fəlsəfi düşüncələrim)
İndi sizə deyəcəklərim özünü dəyişmək üçün ən güclü motivasiyadır. Və bunlar dünya dahilərinin toplum fikridir. İllərdir mən bunları toplamışam və bunlara əməl etdikcə, həmişə xeyrini görmüşəm. Əldə etdiyim uğurlarda bu motivasiyanın böyük köməyi olub. Beləliklə, keçək əsas məsələyə. Yəqin çoxumuz bilirik ki, bu dünyada öz düşüncə tərzimizi, özümüzü dəyişməkdən çətin heç nə yoxdur. Sən ola bilər ki, saçının rəngini dəyişə bilərsən. Öz paltarını, ünvanını, vətəndağlığını, hətta həyat yoldaşını da dəyişə bilərsən. Amma özünü, düşüncəni dəyişmək çox çətindir. Ola bilər ki, düşüncəni xaricdən dəyişə bilərsən. Amma daxildən dəyişmək həddindən artıq çox çətindir. Əgər sən özünü dəyişib böyük uğurlar əldə etmək, inkişafa doğru getmək istəyirsənsə, köhnə adətlərindən, əməllərindən, steriotiplərdən əl çəkməlisən. Ona görə böyük səbrin, iradən, ağılın olmaqla, bu müqəddəs yolda yaxşı mənada tər tökməlisən. Bilin ki, insanların çoxu Ulu Tanrının ona verdiyi həyatını sadəcə yaşayır, amma heç vaxt bilmirlər onlar nəyə qadirdirlər. Çünki onlar öz üzərində çalışmırlar. İnsan özünü dəyişmək üçün yalnız və yalnız irəliyə doğru can atmalıdır. Çalışmalıdır ki, görsün nəyə qadirdir. Əgər sən məişət qayğılarından əl çəkib, irəliyə doğru hərəkət eləyirsənsə, həmin vaxtı kənardan özünü, uğurlarını görürsən. Əhval-ruhiyyənə ayıq başla diqqət yetirəndə görürsən ki, qorxulu bataqlıqdan necə çıxırsan. Onda bütün gücünlə, ağlınla çalışırsan ki, bu bataqlıqdan necə uzaqlaşasan. Bax, həmin vaxtı bu gözlənilməz hadisə baş verir, hansı ki, sən onu neçə müddətdir gözləyirdin. Əgər sən elədiyin işləri başqalarına danışırsansa, həmin vaxt onlar səni inandırmağa çalışacaqlar ki, sənin gördüyün işlər lazımsız işlərdir və bunlardan əl çək. Bunların heç bir mənası, xeyiri yoxdur. Çünki insanların çoxu ona verilən həyatdan lazım olan kimi istifadə edə bilmirlər. Ən dəhşətlisi budur ki, hətta ömürlərinin sonuna kimi istifadə edə bilmirlər. Özlərinin tutduqları yolu dəyişməkdən qorxurlar. Amma hər bir insan düşünməlidir ki, axı mən öz həyatımı niyə belə puç edirəm? Bu həyatın gözəlliklərindən niyə lazım olan kimi istifadə etmirəm? Ona görə əgər sən həyatda nəyəsə çatmaq, böyük uğurlara nail olmaq istəyirsənsə, hökmən özünə qarşı çox ciddi, tələbkar olmalısan. Həyatını yaxşılığa doğru qurmaq üçün böyük yaradıcı olmalısan. Bu, özünün üzərində qələbə çalmağın ilk addımıdır, ilk başlanğıcıdır. Bunları etməklə sən artıq başa düşəcəksən ki, addım-addım da olsa qələbəyə doğru gedirsən. Və bu yoldan dönmə, təslim olma. İnsan ilk öncə dərk etməli və tam başa düşməlidir ki, o, həyatda nə istəyir? Nələrə çatmaq istəyir? Bax, onda məqsədinə doğru inamla gedir. Bu vaxt səni tənqid edənlər də olacaq. Hətta bu tənqid edənlər arasında öz doğmalarının da olması mümkündür. Amma sən onlara qulaq asmamalısan. Yalnız öz məqsədinə doğru getməlisən. Bu vaxt sənin daxilindən bu sözlər səslənməlidir: “Mən heç kimə imkan vermərəm ki, məni öz yolumdan döndərə bilsin. Çünki bilirəm ki, mən nəyə qadirəm”. Amma adamların çoxunun özünə inamı olmadığından hər şeyə biganədirlər və fikirləşirlər ki, onlarda bu alınmaz. Onlar bunu bacarmazlar. Bunu, bu düşüncənidə kənardan almaq olmaz. Bu, insanın öz daxilindən gəlməlidir. İnsan fikirləşməlidir vu buna qətiyyətlə inanmalıdır ki, Yer kürəsində ondan güclüsü yoxdur. Onu heç nə öz yolundan, öz istədiyindən döndərə bilməz. Hər bir insan dərk etməlidir ki, adamların çoxu qolu bağlıdır və həmin buxovlar da onu həmişə geri çəkir. İrəliyə getməyə qoymur. Ona görə də insan ilk öncə həmin buxovlardan azad olmalıdır ki, irəliyə doğru gedə bilsin. Bunu da sən yalnız o vaxt başa düşə bilərsən ki, özünə inamın çox yüksək olsun. Onda görəcəksən ki, hər şey yaxşılığa doğru necə asanlıqa dəyişir. Sən bundan dəhşətə gələcəksən və deyəcəksən ki, “bu, doğrudanmı mənəm? Axı mən əvvəllər belə deyildim”. Hətta sən öz hərəkətlərinə diqqətlə fikir versən şokda olacaqsan ki, bu dünyaya baxışın, düşüncə tərzin radikal formada yaxşılığa doğru necə dəyişir. Bütün bu uğurları gördükcə sən hər gün özün-özünə belə deyəcəksən: “Bax, bu, mənəm. Artıq həyatda mübarizə aparmaq, öz məqsədlərimə çatmaq üçün hər şeyim var. Bu gün mənim günümdür. Bu günümün də qarşısını heç kim ala bilməz. Heç kim məni doğru yolumdan döndərə bilməz”. Sən hər günün haqqında belə düşünməlisən. Dünya dahilərindən biri Mark Tvenin belə bir kəlamı var: “İnsan həyatının iki ən tarixi günü var. Birincisi, doğulduğu gün və ikincisi də nə vaxt başa düşür və dərk edir ki, həyata niyə gəlib”. İnsanlar həyatda çox şeyə çata bilməyəndə onu alın yazısının üstünə atırlar. Amma insan başa düşməlidir ki, alın yazısını məhz özü yazır. Əgər insan bilsə ki, həyata niyə gəlib və insanlara hansı köməklikləri etməlidir, onda başa düşəcək ki, bu dünyada əldə edə bilmədiyi heç nə yoxdur. Buna görə insan öz məqsədlərinə doğru böyük inamla getməli və özünə inanmalıdır. Onda kənardan bunu seyr edən adamlar da onun bu hərəkətindən qürrələnəcək və ona inanacaqlar. İnsanın özünə inamı ən böyük qüvvədir. İnsan həyatda hər şeydə uğur qazanmaq üçün ilk öncə özünə inamdan başlayır. İnsanın hökmən çoxlu arzusu olmalıdır. Başa düşməlidir ki, bu arzular da məhz ona məxsusdur. O, bu arzuları hökmən gerçək etməlidir. Ola bilər ki, yenə də kənardan ona deyəcəklər ki, bu arzuları reallaşdırmaq mümkün deyil. Amma o, bu arzularını reallaşdırmaq istəyirsə, onlara doğru böyük səbrlə, inamla getməlidir. Çünki inam, səbr həyatın sərmayəsidir. Ola bilər ki, çoxlu adamlar desinlər: “Həyat elə qəddardır ki, insanlara öz arzularını reallaşdırmağa imkan vermir”. Amma insan öz istəklərinə çatanda görəcək ki, adamların çoxu bunu məhz belə başa düşdüklərinə, dərk etdiklərinə görə öz arzularını reallaşdıra bilməyiblər. Bax, insan həmin vaxt bunu da dərk eləyəcək ki, adamlar niyə məhz öz arzularını reallaşdırmaq üçün böyük çətinliklərə, əzablara qatlaşırlar. Hətta onu da dərk eləyəcək ki, böyük azadlıq mücahidi, qara dərili Melsen Mandelo niyə həyatının 27 ilini həbsxanada yatmaqla, məhz elə həbsxanada yatdığı vaxt öz arzularını reallaşdırmağa, aparteid əlehinə mübarizə aparmaqla insanların buxovlardan azad olmasına sərf eləyib və buna da nail olub. Gəlin, bir anlıq fikirləşək: “Axı insanlar niyə bu əzablara qatlaşırlar?” Bütün bunları başa düşmək üçün insan arzularının ən yüksək nöqtəsinə gedib çatmalıdır. Bütün yaratdıqlarının real olduğunu insan özü görməli və dərk eləməlidir. Bax, məhz onda görəcək ki, elə şeylər yaradıb və elə şeylərə nail olub ki, heç kimin bunlar ağlına gəlməzdi, məhz onun ağlına gəlib. Yadda saxlayaq ki, adamlar tarixi təkcə yaratmır, həm də onu öz əməllərilə yaşadırlar, təsdiq edirlər. İnsan arzularını reallaşdırmaqda yarı yolda dayanmamalıdır. Yalnız irəliyə, irəliyə doğru getməlidir. Məqsədlərinə doğru getməkdən yorulmamalı, usanmamalıdır. İnsanın ən böyük qorxusu o deyil ki, arzularına doğru getməsin. Ən böyük qorxusu sadəcə odur ki, fikirləşir mən bunları bacarmaram. Bunlar məndə alınmaz. Bax, bu qaranlıq fikirlər onu daha çox qorxudur. İnsanların da onun arzuları haqqında düşünməsi, bunlara şübhə ilə yanaşması, ona inanmaması onu qorxutmamalıdır. Çünki onlar hamısı xorla deyəcəklər ki, “bunlara çatmaq mümkün deyil”. Axı onlar bunu görməyiblər və bu arzularına doğru getməyiblər. Mübariz insan onu da fikirləşməlidir ki, insanlar tarixi təkcə yazmır, həm də o tarixi öyrənirlər. Həmin tarixə doğru getmək haqqında daxillərində, beyinlərində arzular yaradırlar. İnsan özünə söz verməlidir ki, həmin arzuları hökmən reallaşdıracaq. Nəyin bahasına olursa-olsun bu arzuları reallaşdırmadan geri çəkilməyəcək, həvəsdən düşməyəcək. Heç kimin iradlarına fikir verməyəcək. Və fikirləşməyəcək ki, bu qaranlıq tuneldən sonra heç bir işıq görmür. Bax, bu qaranlıqdan sonra işığı görməmək çox adamı qorxudur. Ona görə də arzularına doğru getdikləri yarı yolda dayanırlar.Amma mübariz insan onlardan fərqli olaraq, sadəcə başa düşməlidir ki, bütün bunlar onun həyatının proqramlarıdır, kodlarıdır. Bu yolla zəif insanlar öz əzələlərini məşq etdirməklə qüvvətli ola bilər. Zəif xasiyyətli adamlar da xasiyyətini, düşüncə tərzini yorulmadan məşq etdirməklə güclü düşüncə tərzinə malik ola bilərlər. İnsan bütün zəif cəhətlərinə qələbə çalmaq istəyirsə onları yalnız böyük arzularıyla və onlara doğru böyük səbrlə, inamla getməklə dəf edə bilər. Hətta yarı yolda uduzsa belə, yenə də geri çəkilməyəcək. Həmin zəif yerini tapıb, onu israrla məşq etdirəcəkki, böyük məqsədinə çatasın. Dünya şöhrətli məşhur peşəkar boksçu Maykl Tayson uduzandan sonra, özünün zəif cəhətlərini görüb, onları böyük səbrlə, inamla məşq etdirib və sonra qələbələrə doğru ildırım surətilə gedib. Yüksək iradəsi, özünə inamı yüksək olan belə adamların öz məğlubiyyətindən sonra da özlərinə inamı daha çox artır və qələbəyə doğru getməyə özlərində böyük güc-qüvvət yaradırlar. Bax, çalış sən də belə ol. Kim az şey istəyirsə, az əmək sərf edir. Kim çox şey istəyirsə çox böyük əmək sərf etməlidir. Yalnız və yalnız bu arzularını reallaşdırmağa çalışmalıdır. Ona görə də bu müqəddəs yolda çox şeydən keçmək lazımdır. Əgər sən artıq sabahdan bu müqəddəs yola başlasan, özün də görəcəksən ki, az vaxtda çox şeyə nail olubsan. Sən başqalarından fərqli olaraq, özünü məcbur eləyə bilirsən ki, hər şeyi eləməyi bacarırsan. Hər şeyə qadirsən. Bax, həmin vaxt insanlar sənə həsəd aparacaq və sənin ideyalarının, fikirlərinin ardıncaböyük həvəslə, inamla gedəcəklər. Bax, onda görəcəksən və tam dərk edəcəksən ki, həyat və yaşamaq necə də gözəldir. Arzuları reallaşdırmaq necə də asandır. Artıq onda başa düşəcəksən ki, bütün bu əzablara dözməkdə, sinə gərməkdə sən səhv eləməyibsən. Hə, hə sən, həqiqətən də səhv eləməyibsən. Və necə də gözəl həyat yaşayıbsan və yaşayırsan. Sənə bu müqəddəs yolda ilk öncə böyük səbr və uğurlar diləyirəm. Onu da bil ki, insan öz taleyini, həyat uğurlarını yalnız və yalnız məhz özü həll eləyir. Və alın yazısı sadəcə tarixlər boyu uydurulmuş bir xülyadır. Bunu da məhz o adamlar uydurub ki, öz məqsədələrinə doğru ciddi-cəhdələ getməyiblər. Bir daha deyirəm. Çalış, özünü dəyiş. Və bil ki, bu həyat sənə yalnız bir dəfə verilib. Sənə verilən həyatdan da öz məqsədlərin üçün yüksək dərəcədə istifadə elə. Yadına sal, dünyada məşhur olan dahiləri. Tarix yazan Konfutsini, Buddanı, Musa peyğəmbəri, Zərdüşt peyğəmbəri, Yusif peyğəmbəri, İsa peyğəmbəri, Məhəmməd peyğəmbəri. Böyük sərkərdələr- Çingiz xanı, Aleksandr Makedonskini, Yuli Sezarı, Atillanı, Cavanşiri, Mete xaqanı, Fateh Sultan Məhəmmədi, Əmir Teymuru, Şah İsmayıl Xətaini, Nopolionu, Kutuzovu, Suvorovu, Şeyx Şamili və başqalarını... Əgər onlar böyük israrla, böyük mübarizə yolu keçməklə öz istəklərinə çatıblarsa bəs sən niyə çata bilməyəsən? Axı onların heç biri göydən yerə enməyiblər. Onlar da sənin kimi Yer kürəsində dünyaya gəliblər. Səbrlə, ağılla, böyük mübarizliklə, yorulmadan, usanmadan məqsədlərinə doğru getməklə öz istəklərinə çatıblar. Deməli, sən də bunu bacara bilərsən. Bacarmalısan! Fikrimi bu aforizmlə tamamlayıram: “ Ən güclü döyüşçü - səbr və zamandır”.
Tərcümə edəni və yenidən işləyəni:
Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar