Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Türkiyədə "Palmali” Holding şirkətinin gəmilərinin birində işə başlayacaq. Bu barədə şirkətdən məlumat verilib.
"Növbəti həftənin birinci günündən etibarən Sənan Əhmədov Bakıda gəmiçilik kurslarını oxumağa başlayacaq. Altı alyıq kurs müddəti bitdikdən sonra isə Türkiyəyə dəvət olunaraq "Palmali” şirkətinə məxsus gəmilərdən birində işləyəcək. Sənan Əhmədovun xərcləri şirkət tərəfindən ödəniləcək”, - şirkətdən bildirilib.
Əldə etdiyimiz məlumata görə bu təşəbbüs iş adamı Mübariz Mənsimovdan gəlib.
Manevr.az xəbər verir ki, Sənan Əhmədov anews.az-a açıqlamasında iş təklifini qəbul etdiyini və bu yaxınlarda kurslara başlayacağını bildirib
"Təklifi qəbul etmişəm. Həftənin birinci günü mənimlə əlaqə saxlayacaqlar. Nə etməli olduğumu deyəcəklər. Dənizçilik üçün kursu Bakıda keç desələr, altı aylıq kursu Bakıda keçəcəm, Türkiyəyə çağırsalar orda kurs keçəcəm. Bir müddət türkiyəyə tək getməyi planlaşdırmışam. Ailə ilə çətin olar. İşimi qurandan sonra ailəmi də aparacam”, - Sənan Əhmədov açıqlayıb.
"Palmali" şirkətinə məxsus növbəti gəmi şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. Bununla bağlı şəhidin qardaşı bu yaxınlarda gəminin yola salınması üçün Türkiyəyə dəvət olunacaq.
Səbuhi Əhmədov 1997-ci il dekabrın 21-də Bakı şəhərində anadan olub. Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və "SOS” Uşaq Evində böyüyüblər. Səbuhi Əhmədov 12 sentyabr Ermənistan və Azərbaycan arasında yaranmış münaqişə şəraitində şəhid olub.O Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar