Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni metrostansiya tikiləcək

Tarix: 05-11-2022 16:41     Baxış: 4205 A- / A+

"Bakı metrosunun şərti adı "Y 14" olan stansiyasının layihə sənədləri artıq hazırdır, maliyyə və digər məsələlər həll edilsə, onun tikintisinə başlayacağıq".


Manevr.az
"report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov deyib.

O həmçinin deyib ki, "Y 15 stansiyasının artıq çalası qazılıb, "Y 16" stansiyasının isə 50% hissəsində tikinti işləri yekunlaşıb.
"Bakı Metropoliteni"nin gələcək inkişaf sxemində Qırmızı xəttin daha da böyüməsi, Mavi xəttin tikilməsi və digər işlər nəzərdə tutulur. Biz addım-addım bu planla gedirik. Bənövşəyi xəttin artıq 4-cü stansiyasında tikinti davam edir. Yaşıl xəttin davamı olaraq "Xətai" metrostansiyası ilə "Həzi Aslanov" metrostansiyası arasında şərti adı "Y 14", "Y 15", "Y 16" olan stansiyaların tikintisi hazırda getmir. Amma biz Y 15 stansiyasının böyük bir hissəsini tikmişik. Gələn il müəyyən şərtlər daxilində onun tikintisini davam etdirə bilərik.

Eyni zamanda bizim "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər Yaşıl xətdə də üç stansiyamız nəzərdə tutulub. Onların layihəsini hazırlamışıq. Start veriləndə işlərə başlaya bilərik. Bu stansiyaları tikmək üçün "Bakı Metropoliteni"nin kifayət qədər texniki və zehni potensialı var", - deyə Baş mühəndis qeyd edib.

"B 4" stansiyasında da hazırda qazıntı işləri aparılır. "8 Noyabr" stansiyasından ora qədər tunellər qazılıb. Hazırda tunellərin içində quraşdırma işləri gedir. Gələn ilin sonuna, ən gec halda 2024-cü ilin əvvəlinə "B 4" stansiyasının tikintisini başa çatdıra bilərik", - deyə Ə.Osmanov əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar