Xəbər lenti
MTK-nın zirzəmisində gizli fəaliyyət göstərən şirniyyat sexinə qanunsuz qaz xətti də çəkilib - Ş İ K A Y Ə T
Azərbaycan Respublikasının Prezidenti
Hörmətli İlham Əliyev Cənablarına
surəti:Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
Hörmətli Mehriban Xanım Əliyevaya
surəti:Azərbaycan Respublikasının Baş naziri
Cənab Əli Əsədova
surəti:Azərbaycan Respublikasının Səhiyyə
naziri cənab Teymur Musayevə
surəti:Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər naziri
cənab Muxtar Babayevə
surəti:Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin sədri
cənab Qoşqar Təhməzliyə
surəti:Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına
nəzarət Palatasının sədri
cənab Məmməd Abbasbəyliyə
surəti:Azərbaycan Metrologiya İnstitutunun baş direktoru cənab
Rövşən Əliyevə
surəti:Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru
cənab İlham Bayramova
Bakı şəhər, Binəqədi rayonu, Rəşid İsmayılov 11 D
ünvanındakı 16 mərtəbəli yaşayış
kompleksinin çoxsaylı sakinləri tərəfindən
Bildiririk ki, yaşayış kompleksinin həyətində “Harmoniya” Şirniyyat mağazası və yaşayış kompleksinin özündə yerləşən “Army market” fəaliyyət göstərir. “Harmoniya” Şirniyyat mağazasının və “Army market”-in öz daxilində açılan şirniyyat sexininin havalandırma sistemi olmadığından oradakı pis iy, qoxu yaşayış kompleksinin 16-cı mərtəbəsinə kimi yayılır. Bu obyektlərdən çıxan qoxu üzündən pəncərələrimizi aça bilmirik. Bütün bu qoxu mənzillərimizə qədər yayılır. “Harmoniya” Şirniyyat mağazasının havalandırma borusu yoxdur. Mağazadan birbaşa həyətə sovrulur. Onu da bildiririk ki, “Army market”-in üstündə “Nağıl Kids” uşaq bağçası fəaliyyət göstərir. Oradan çıxan pis qoxu uşaqları da narahat edir. “Army market”-in öz daxilindəki şirniyyat sexinin vaxtilə mövcud olmuş borusu məhz bu uşaq bağçasının açılması səbəbilə ləğv edilmişdir. Bərbad, yarımçıq havalandırma borusu ilə sexdəki qoxunun bir qismini birbaşa həyətə, bir qismini isə binanın zirzəmisinə yayılır. MTK-nın zirzəmisində gizli fəaliyyət göstərən şirniyyat sexinə qanunsuz qaz xətti də çəkilib. Bütün bunlardan əlavə parkovka edilən avtomobillərə görə MTK-nın həyətdə addım atmağa yer yoxdur. MTK-nın zirzəmisində çox sayda qaraj olduğu halda uşaqlarımızın həyətyanı sahəsi üçün zəbt edilməlidir? Sizdən artıq dərəcədə xahiş edirik bu problemlərimizin əlaqədar qurumlar tərəfindən həll edilməsi üçün şikayətimizin saytınızda dərc edərək bizə yardımçı olasınız.
Öncədən Sizlərə minnətdarıq.
Bakı ş., Binəqədi r.,
Rəşid İsmayılov 11 D yaşayış
kompleksinin çoxsaylı sakinləri adından
Nəzrin Məmmədova
04/11/2022
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar