Xəbər lenti
Şahzadə Diananın SOL ƏLİ satılır - Şəkil

Dünya şöhrətli heykəltəraş Oscar Nemonun hazırladığı əl heykəlinin təxminən 40 min funt-sterlinqə satılacağı gözlənilir.
Şahzadə Diananın real ölçülü əl heykəli gələn həftə hərraca çıxarılacaq. 1997-ci ildə baş verən faciəvi qəzadan sonra həyatını itirən, lakin uzun illərdən sonra da adından söz etdirməyə davam edən Diananın sol əlinin heykəli Colchesterdəki Reeman Dansie hərrac evində böyük həyəcan yaradan satışı baş tutacaq.
Qeyd edək ki, şahzadənin ölümündən 25 il sonra 3 il istifadə etdiyi, lakin xüsusilə İngiltərə ictimaiyyəti tərəfindən unudulmayan "Ford Escort" markalı avtomobil bu ilin əvvəlində 650 min lirəyə satılıb. Eyni zamanda, şahzadə Diananın uşaqlıq velosipedi, ailə dostu Rocer Brambleə yazdığı məktublar və hətta 1981-ci ildə Şahzadə Çarlzla toyunda kəsilmiş tortdan bir dilim hərracda satılıb.
1985-ci ildə vəfat edən dünya şöhrətli heykəltəraş Nemon daha əvvəl Kraliça Yelizaveta, Uinston Çörçill və Ziqmund Freyd kimi məşhurları heykəlləndirmişdi. lent.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar