Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Palmali"nin növbəti gəmisi daha bir şəhidimizin adını daşıyacaq

Tarix: 01-11-2022 20:12     Baxış: 3214 A- / A+
Mübarız Mənsimov

"Palmali"nin növbəti gəmisi şəhid Vüsal Aslan oğlu Məhərrəmovun adını daşıyacaq.
Manevr.az xəbər verir ki, "Palmali Holding"in sahibi Mübarız Mənsimov şəhidin ailəsinə zəng edərək, xəbəri şəxsən verib, xeyir duasını aldıqdan sonra qısa zamanda İstanbula dəvət ediləcəklərini vurğulayıb. Şəhidlərimizin adını daşıyan hər gəmidə onların həyat və döyüş yollarını əks etdirən foto- və videomateriallar ilə zəngin bir otaq olur. Orada şəhidlərimizin uşaqlıq illərindən cəbhə bölgəsində olduğu vaxta qədər olan dövrü əhatə edən şəkillər qoyulub. Mübariz Mənsimov hazırlıq görülməsi üçün şəhid ailəsindən şəkilləri istəyib. Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Vüsal Məhərrəmov 1979-cu il dekabrın 10-da Masallı rayonunun Hışgədərə kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qalıb. Vüsal Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məhərrəmov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar