Sizin Reklam Burada
Xəbər lenti
27-01-2025
26-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Hafka"nın məşhur hoteli acınacaqlı durumda - ŞƏKİLLƏR

Tarix: 01-11-2022 10:35     Baxış: 4234 A- / A+

Bir vaxtlar Bakının ən öndə gedən hotellərindən olan “Ramada Shamdan” indi baxımsızlıqdan bərbad hala düşüb.
 
Manevr.az xəbər verir ki, “qafqazinfo”nun əməkdaşı sözügedən hotelin son halını əks etdirən fotoları lentə alıb.
 
Hazırda toz içində olan hotelin üst mərtəbələrindəki pəncərələri də qırılıb. Bu isə bu ilin martın 11-də “Ramada Shamdan”da baş verən yanğınla əlaqələndirilir. Ancaq hotelin yanğın olmayan hissəsində də bəzi qırılmış pəncərələr var ki, onların da yeri taxta materiallarla örtülüb.
 
Məsələ burasındadır ki, hotel yanğın baş verməzdən uzun müddət öncə fəaliyyətini dayandırıb. Bu isə “Ramada Shamdan”ın sahibi Hafiz Məmmədovun müflisləşməsi ilə əlaqələndirilir. Hotelin qanuni təmsilçisi isə Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. “Ramada Shamdan”ın hazırda 64045.23 manat vergi borcu var.
 
Qeyd edək ki, “Ramada Shamdan” “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsində yerləşir. Vaxtilə Hafiz Məmmədov Bakıya gələn İspaniyanın “Atletiko” (Madrid) klubunu da məhz bu hoteldə qəbul etmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar