Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid Səbuhinin qardaşının müraciətinə təkrar baxıldı - ŞƏKİL

Tarix: 01-11-2022 09:40     Baxış: 4232 A- / A+
Şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsi ilə bağlı müraciətinə təkrar baxılıb.
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məsələ ilə bağlı yekun cavab göndərilib:
“İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər”. 
Sənan Əhmədov isə qeyd edib ki, nə ev, nə maşın, nə də pul istəyib:
“Şəhid qardaşıma görə şəhid ailəsi statusu istədim, məni şəhid ailəsi hesab etmədilər”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar