Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İngilis dili hər kəs üçün əlçatandır!” - layihəsinin icrasına başlanılıb

Tarix: 29-10-2022 17:52     Baxış: 3411 A- / A+

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan “İngilis dili hər kəs üçün əlçatandır!” – ingilis dili kurslarının təşkili layihəsinin icrasına başlanılıb.
“İngilis dili hər kəs üçün əlçatandır!” layihəsinin rəhbəri Tovuz rayon Aşağı Quşçu kənd tam orta məktəbinin ingilis dili müəllimi Leyla Məmmədova layihənin məqsədi, layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi Aşağı Quşçu kəndində yaşayan və həmin kənddə yerləşən 3 məktəbdə ( Aşağı Quşçu 1 nömrəli tam orta məktəb, İ. Mürşüdov adına tam orta məktəb, İ. Bayramov adına tam orta məktəb) təhsil alan şəhid, qazi ailələrindən, onların yaxınlarından, eləcə də maddi imkanı zəif olan istedadlı, öyrənməyə həvəsli şagirdlər üçün ingilis dili kursunun təşkilidir. Layihə çərçivəsində bu kursa cəlb olunan şagirdlərin 5 ay davam edəcək kurs ərzində dinləyib-anlama, danışma, oxu, yazı bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 11/10/2022 tarixdə Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində layihənin rəhbəri, layihənin koordinatoru, layihənin ekspertinin və  bir neçə müəllimin  iştirak etdiyi görüşdə yuxarıda adı çəkilən məktəblərdən olan şagirdlərə layihə haqqında ümumi məlumat verilib , layihədən nə kimi bilik və bacarıqlar  əldə edə biləcəkləri haqqında suallara cavab verilib. 13/10/2022 tarixdə Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində layihə rəhbəri Leyla Məmmədova, layihənin eksperti Gülşən Abbasova və lahihənin mühasibi Səməd Abullayev arasında görüş keçirilərək layihənin icra planı müzakirə edilib, görüləcək işlər barədə söhbət aparılıb. 20/10/2022 tarixdə kursa cəlb olunacaq şagirdlərlə kursdan öncə həyata keçiriləcək seçim imtahanı haqqında məlumatlandırıcı görüş keçirilib. Görüşdə layihə rəhbəri Leyla Məmmədova imtahanın məqsədi barədə şagirdləri məlumatlandırıb və onları maraqlandıran suallara cavab verib. 23/10/2022 tarixdə layihəyə seçim üçün test imtahanı keçirilib. İmtahanın nəticələrinə əsasən layihədə iştirak edəcək 15 şagirdin  adları məlum olub. Layihənin sonunda şagirdlərin hər birinə təlim keçilən səviyyə üzrə sertifikat veriləcək.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar