Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlər məhkəmə qarşısına çıxarıldı

Tarix: 28-10-2022 11:56     Baxış: 3280 A- / A+
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürərək mənimsəməkdə ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror təqsirləndirilən şəxslərinmhər birinin 9 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən Sahil Abışovun vəkili müdafiə nitqi ilə çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsisini tətbiq edilməsini istəyib.
Digər təqsirləndirilən şəxs Qulu Muxtarovun vəkili isə deyib ki, müdafiə etdiyi şəxs özünü ittiham üzrə təqsirli bilməyib. Qulu Muxtarovun ifadələrinə görə zərərçəkmişdən pul almayıb.
Vəkil həmçini deyib ki, təqsirləndirilən şəxsin oğlu Vətən müharibəsinin iştirakçısıdır və onun barəsində olan cinayət təqibinə xitam verilməsini istəyir.
Növbəti proses noyabrın 3-də davam edəcək.
İttihama görə, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu bu işə pul yatırmağa inandırıblar.
Tağı Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onları şikayət edib.
Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb.
Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir.
Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.
Qeyd edək ki, cinayət işində adı hallanan Səadət Xəlilovun cinayət işi ayrıca icraata araşdırılıb. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il azadlıqdan məhrum olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar