Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xidmətdə olarkən “avtoş”luq edən məmur oğlu azadlığa buraxıldı

Tarix: 28-10-2022 11:12     Baxış: 3266 A- / A+

Hərbi xidmətdə olduğu vaxt xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu Məlik Əzizov növbəti dəfə ev dustaqlığına buraxılıb.
Manevr.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsində qərar qəbul olunub. Belə ki, M.Əzizovun vəkili onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim verib. Hakim vəsatəti təmin edib.
Bundan başqa, Əziz Məlikov barəsində ekspertiza təyin olunub və onun hərbi həkim komissiyasından keçməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Məlikov Əziz Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt əsgər olub və əslində hərbi hissədə olmalı imiş. M.Əzizovun xidmət vaxtı şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.
Maraqlıdır ki, M.Əzizov istintaq dövründə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib komandanlığın müşahidəsi altına verilmiş, daha sonra qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında yenidən həbs edilmişdi.
Məlikin atası Soltanpaşa Əzizov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar