Bu ilin iyulunda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib. Rəsmilər bunu xidmət səviyyəsinin yüksəldilməsilə əsaslandırıblar.
Sərnişinlər isə Bakı-Naxçıvan-Bakı təyyarələrinin nasazlığından, komfortsuzluğundan gileylənirlər. Hətta ötən günlərdə “Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdı.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin naxçıvanlı deputatı Fazil Mustafa bildirib ki, ola bilsin AZAL “xidmətin artırılması” açıqlaması ilə zarafat edib.
Deputat qeyd edib ki, əgər AZAL keyfiyyətin artırılmasının marağında olsaydı, biletin qiymətini ucuzlaşdırardı:
“Yoxsa qiyməti kəllə-çarxa çıxarıblar, vətəndaşlar qan ağlayır. Keyfiyyət onsuz da yüksək olmalıdır. Keyfiyyətin olmaması ayrıca problemdir. Keyfiyyət lap pis olsun. Kimdir, AZAL-ın qəlbinə dəyən? AZAL istənilən şəkildə hava limanının, təyyarələrin istismarını həyata keçirə bilər”.
Onun sözlərinə görə, Naxçıvana uçuş biletinin qiyməti həqiqətən böyük problemdir:
“Heç olmasa, qiyməti aşağı salsınlar ki, insanlar sürünə-sürünə də olsa, 5-10 manat tapıb, xəstələrini, ya özlərini istədikləri yerə çatdırsınlar. Naxçıvana uçuş bileti yenə bahadır. İranla yolların çətin olması da yoxsul əhali üçün problem yaradacaq. Bunu düşünən yoxdur. Yenə də deyirəm, AZAL-ın qəlbinə toxunan yoxdur. İstənilən qurum vətəndaşları istədiyi şəkildə istismar edir”.
Deputat sonda əhalinin faydasına olan müsbət bir dəyişikliyi AZAL-dan gözləmədiyini bildirib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar