Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağsuda “Sağlam qidalan sağlam ol!” layihəsi çərçivəsində seminar keçirilib - ŞƏKİLLƏR

Tarix: 24-10-2022 17:38     Baxış: 3532 A- / A+

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Çiyni kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan sağlam ol!” adlı layihə çərçivəsində növbəti tematik seminar keçirilib.
Manevr.az xəbər verir ki, Ağsu rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə üzrə işçi qrupunun, təlimçi və ekspertlərin iştirak etdiyi seminara Ağsu Rayon Çiyni kənd  tam orta məktəbinin 30-a yaxın şagirdi, həmçinin 10-nəfərə yaxın valideyn cəlb edilib. 
Tədbirdə çıxış edən layihə rəhbəri Ziba Məmmədova  bildirib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə icra olunur. “Layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. 
Layihə çərçivəsində Ağsu rayonu Kəndoba, Pirhəsənli və Çiyni kənd tam orta məktəblərində  tematik seminarların, həmçinin məktəblilər üçün nəzərdə tutulmuş “Mənim sağlam sinifim” adlı esse müsabiqəsinin keçiriləcəyini vurğulayıb. Daha sonra tədbirdə çıxış edən Ağsu rayonu Çiyni kənd tam orta məktəbinin direktoru Nənəqız Quliyeva layihənin əhəmiyyətindən söz açaraq qeyd edib ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır. Layihə üzrə təlimçi Elnarə Qasımova auditoriyaya sağlam qidlanama ilə bağlı ətraflı məlumat verib. 
Seminarda mözu üzrə rollu oyun və qruplarla iş aparılıb. Mövzu ilə bağlı hazırlanmış videoçar nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Sağlam qidalan sağlam ol!” adlı flayerlər paylanılıb. Tədbir çay süfrəsi ilə yekunlaşıb.

Qeyd edək ki, layihə çərçivəsində şagirdlərin mövzu ilə əlaqədar daha çox araşdırma aparması və daha geniş informasiya əldə olunması məsqəsi ilə rayon məktəbliləri arasında 21 gün müddətində (20 oktyabr 2022-10 noyabr 2022 tarixləri aralığında) “Mənim Sağlam sinfim" adlı esse müsabiqəsi keçirilir.  

Manevr.az












Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar