Xəbər lenti
Aqil Məmmədov: “Azərbaycan-Türkiyə birliyindən hər kəs özü üçün nəticə çıxarmalıdır”
"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə artıq, ikinci hava limanını açdı. Ölkəmiz və bölgə üçün əhəmiyyətli olan Zəngilan Hava Limanının açılışı 2 il əvvəl Zəngilan rayonunun işğaldan azad edildiyi günə təsadüf edirdi. Belə bir gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılışı mərasiminə qatılmasının isə böyük tarixi, siyasi, mənəvi əhəmiyyəti var”.
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsinin hər günündə olduğu kimi, Azərbaycanla Türkiyə bu gün də bölgədə, dünyada birgə siyasət həyata keçirir: “Azərbaycan və Türkiyə bu gün dünyada bir örnək müttəfiqlik modeli qurublar. Bu səmimi və möhkəm modelin təməlində xalqlarımızın eyni köklərə, eyni dilə, dinə, mədəniyyətə malik olması dayanır. Türkiyə 1918-ci ildə Nuri Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdiyi kimi, 44 günlük Vətən müharibəsi zamanı da siyasi, mənəvi dəstəyini əsirgəmədi. 44 gün ərzində Türkiyənin dövlət xadimləri dəfələrlə Azərbaycana səfər etdilər. Prezident İlham Əliyevin hər zaman qeyd etdiyi kimi İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu baxımdan, hazırda yenidən inşa edilən Qarabağda və Zəngəzurda da Türkiyə-Azərbaycan birliyi mövcuddur. Bu gün aparılan yenidənqurma işlərində, infrastrukturun yaradılmasında, inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri yaxından iştirak edir və demək olar ki, qısa müddətdə xeyli işlər görülüb”.
A.Məmmədov bildirib ki, Türkiyənin 44 günlük müharibə zamanı qəti mövqeyi üçüncü qüvvələrin savaşa müdaxiləsinin qarşısını aldı: “Bu gün də Türkiyə Azərbaycana qarşı bütün təhdidlərin qarşısında və Azərbaycanın yanındadır. Ötən il imzalanan Şuşa bəyannaməsi ilə Türkiyə-Azərbaycan birliyi rəsmən bütün dünyaya bəyan edilib. Bəyannamənin müddəalarına əsasən, deyə bilərik ki, bu gün Azərbaycana qarşı formalaşdırılan hansısa təhdid, təhlükə, Türkiyəyə qarşı təhdid və təhlükədir. Cənab Prezident son çıxışında bildirdi ki, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir”.
Millət vəkilinin sözlərinə görə İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb: “Bunu hər kəs, dostlar da, düşmənlər də görməlidir. Və Azərbaycan-Türkiyə birliyindən hər kəs özü üçün nəticə çıxarmalıdır”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar