Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir ginekoloqa körpə ölümünə görə cinayət işi açıldı

Tarix: 24-10-2022 11:53     Baxış: 4330 A- / A+

Şirvanda yenidoğulmuş uşağının ölümünə görə, ginekoloqa cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, şəhər sakini Aytac Miriyevanın 26 avqust 2022-ci ildə Şəhər Mərkəzi Xəstəxanasında yenidoğulmuş uşağının ölməsi ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışova tərəfindən müayinələr əsasında diaqnozun düzgün təyin edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yenidoğulmuş uşaq ölüb.

Sevinc Alışova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Xatırladaq ki, 2 gün öncə Qazaxda da həkim səhklənkarlığından körpənin öldüyü müəyyən edilmiş və həkim barəsində cinayət işi başlanmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar