Xəbər lenti
Qəddar qatilin atası “Netflix”i məhkəməyə verir
Dünyanın ən qəddar qatillərindən biri kimi tanınan Cefri Dahmerin atası oğlu haqda serial çəkən "Netflix" striminq xidmətini məhkəməyə verməyə hazırlaşır.
Buna səbəb isə ssenaristlərin Cefrinin ekran işindəki obrazını romantikləşdirməsidir. Onun fikrincə, serialın müəllifləri Dahmerin cinayətlərini çox cəlbedici təqdim ediblər.
Qatilin hekayəsindən bəhs edən “Monster: The Jeffrey Dahmer Story” yayımlandıqdan sonra onun hətta pərəstişkarları da peyda olub. Bundan əlavə, Cefrinin obrazı "Halloween" bayramında kostyum kimi də istifadə olunur. Atasının sözlərinə görə, bu yolverilməzdir.
Qatilin valideyni onu da qeyd edib ki, oğlunun iştirakı ilə çəkilən videolardan istifadə üçün ondan icazə almayıblar.
Qeyd edək ki, Cefri Dahmer 1992-ci ildə 16 qətldə günahkar bilinərək ömürlük həbs edilib. O, 1994-cü ildə həbsxanada döyülərək öldürülüb. axşam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar