Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

DİN xəbərdarlıq etdi

Tarix: 22-10-2022 12:52     Baxış: 3283 A- / A+
Xəbər verdiyimiz kimi, ötən gün Laçında təmir-tikinti işləri aparan zaman minaya düşən şəxs müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Manevr.az
xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “ölkə.az”ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşlarının çevikliyi və həkimlərin vaxtında müdaxiləsinə baxmayaraq, minaya düşən 1977-ci il təvəllüdlü Elsevər Həmidov xəstəxanada vəfat edib:
“Bu cür hadisələrdən hər bir vətəndaş dərs çıxarmalıdır. Düşmən 30 il ərzində işğalda saxladığı ərazilərdə ağac əkmək əvəzinə, mina basdırmaqla məşğul olub. Ona görə də istər işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri aparan, istər xidməti vəzifələrini icra edən vətənfaşlarımız belə hadisələrdən nəticə çıxarmalıdır. Həmin ərazilərdə olarkən dövlət orqanları tərəfindən müəyyən edilmiş marşrutlardan kənara çıxmaq olmaz. Ona görə də vətəndaşlardan bir daha xahiş edirik ki, həmin marşrutlardan kənara çıxmaqla həyatlarını təhlükəyə atmasınlar”.
Xatırladaq ki, dünən axşam saatlarında Laçının Suarası kənd sakinləri - Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu ərazidə təmir-tikinti işləri apararkən minaya düşüblər. E.Həmidov bu gün xəstəxanada vəfat edib. S.Həsənovun müalicəsi davam etdirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar