Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Noyabrın 1-dən quru sərhədlər açılacaq? - AÇIQLAMA

Tarix: 20-10-2022 11:52     Baxış: 5291 A- / A+
Noyabrın 1-dən quru sərhədlər açılacaq? - AÇIQLAMA
“Nə qədər pandemiya var, o qədər karantin rejimi davam edəcək. Karantin rejimi pandemiya ilə mübarizə aparmaq üçün tədbirlər kompleksidir. Ola bilər ki, karantin rejimi ləğv edilməsin, məhdudiyyətlər kiçik formada qalsın”.
 
Manevr.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
 
Professor hesab edir ki, quru sərhədlər və qapalı məkanlarla bağlı məhdudiyyətlər qüvvədə qala bilər:

 
“Bunlar hamısı epidemioloji vəziyyətdən asılıdır. Hər şey ləğv edilə də, sərtləşdirilə də bilər. Lakin sərtləşdirmələrin olacağını düşünmürəm. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nə qədər ki, pandemiyanın sonunu elan etməyib, o qədər karantin rejimi qalacaq.
 
Hesab edirəm ki, pandemiya sonuna, öz qürubuna doğru gedir. Azərbaycan reallığında kollektiv immunitetin formalaşması ağır nəticələrə səbəb olacaq xüsusi dalğaların yaranmasını da mümkün etmir. Avqust-sentyabr aylarında yoluxmalar zamanı da gördük ki, ölüm və ağırlaşma sayı xeyli aşağı olub. Bu vəziyyət virusun zəiflədiyini və pandemiyanın sona doğru getdiyini göstərir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar