Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ağalar Vəliyevin şirkəti insanların həyatını riskə atıb: “Kristal Abşeron”un iki binası əyilib - ŞƏKİL

Tarix: 20-10-2022 09:51     Baxış: 4266 A- / A+

Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu-PARK 1” yaşayış kompleksində bir neçə bina qəzalı vəziyyətə düşüb.

Manevr.az xəbər verir ki, bu barədə qlobal.az məlumat yayıb. 

Bildirilir ki, "Qobu-PARK 1” yaşayış kompleksində 4 və 8 saylı binalar qəzalı vəziyyətdədir. 

8 saylı binada problemin bir il əvvəl təməl sistemində yarandığı bildirilir. Tikinti zamanı ərazidə geoloji kəşfiyyatın düzgün aparılmaması və katlavan işlərinin keyfiyyətsiz görülməsi binanın əyilməsinə gətirib çıxarıb.

Problemin qarşısının nisbətən alınması üçün ötən il 8 saylı binanın təməl hissəsinə 35 kub metrədək beton tökülüb. Amma buna baxmayaraq, hazırda binada çox ciddi problemlər var.
Podratçı şirkətin mühəndislərinin və yerli hökumət nümayəndələrinin dəfələrlə əraziyə gələrək baxış keçirdikləri, ancaq ciddi tədbir görmədikləri vurğulanır.

Məlumatda qeyd edilir ki, güclü külək əsəndə 4 saylı binada da hiss ediləcək qədər yırğalanma baş verir.

Bütün bunlardan ciddi narahatlıq keçirən sakinlər hər an ağır faciələr baş verə biləcəklərini deyirlər.

Qeyd edək ki, "Qobu-Park 1” Yaşayış kompleksinin podrat işlərini "Kristal Abşeron” MTK həyata keçirib. Mediada yazılanlara görə, "Kristal Abşeron” MTK Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar