Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz kömür istehsal edən 3 ocaqxana aşkarlandı - Şəkillər

Tarix: 19-10-2022 20:49     Baxış: 4294 A- / A+
 Göygöl rayonu Toğanalı kəndi ərazisində vətəndaşların torpaq sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 3 ocaqxana və kömür quyusu aşkar edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, quyu qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Göygöl Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon sakinləri Rəşid Məhərrəmov, Elmir Həsənov və Aybəniz Abbasova olduğu müəyyən edilib: "Faktlarla bağlı protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədovun sözlərinə görə, kömür quyularının ləğv olunması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət edilib.

Xidmət rəsmisi onu da qeyd edib ki, 2022-ci ilin ötən dövrü ərzində keçirilən nəzarət tədbirləri zamanı qanunsuz kömür hazırlanması ilə bağlı Xidmətin əməkdaşları tərəfindən 99 şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. musavat.com

Manevr.az 






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar