Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dərsdə vəfat edən qızla bağlı AÇIQLAMA: "Atası da eyni səbəbdən..."

Tarix: 19-10-2022 13:48     Baxış: 4216 A- / A+
Dərsdə vəfat edən qızla bağlı AÇIQLAMA:
Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.
 
Manevr.az xəbər verir ki, Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov Modern.az-a Zarinanın özünəqapalı qız olduğunu bildirib, onun ölümü haqda danışıb: “Onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.
 
Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş: “Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdi, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”.
 
A.Səmədov qızın atasının da gənc yaşlarında qəflətən dünyasını dəyişdiyini deyib: “Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”.
Kənd bələdiyyəsindən sayta bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.
 
Qeyd edək ki, Zarina Əzizovanın ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Onun atası da eyni səbəbdən vəfat edib.
 
Xatırladaq ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar