Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı kəndlərinə metro çəkiləcək? - RƏSMİ CAVAB

Tarix: 18-10-2022 19:43     Baxış: 3303 A- / A+


Bakı kəndlərinə metro çəkiləcək? - RƏSMİ CAVAB
“Metronun konseptual inkişaf sxemi artıq təsdiq olunub. Həmin sxem hazırlanarkən Bakının inkişaf perspektivləri xüsusi öyrənilib, monitorinqlər aparılıb, sorğular keçirilib və əhalinin axın istiqamətləri araşdırılıb”. 
Manevr.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
 
Sözçü əlavə edib ki, sxemə əsasən Binəqədidən başlayaraq Bibiheybət ərazisinə kimi metro xətti nəzərdə tutulub: “Bundan əlavə, mavi xəttin elektrik deposu Ramanı qəsəbəsində yerləşməklə Yeni Yasamala qədər gedib çıxacaq. Ən vacib prinsip budur ki, şəhərin mərkəzinin məskunlaşması zamanı dayanılan yerdən 700-1000 metr civarında hər istiqamətdə stansiyalar olacaq. Şəhərin ictimai nəqliyyatla təmin olunması optimal həllini tapacaq.

Bakının ətraf kənd və qəsəbələri dedikdə, metro stansiyanın inşasından əlavə, ictimai nəqliyyatın rahatlığı və əlçatanlığından söhbət getməlidir. Misal üçün, Koroğlu istiqamətində 3 stansiya inşa edildikdən sonra Maştağa, Zabrat və digər istiqamətlərə marşrut xətlərinin açılması da nəzərdə tutulur. Optimal edilmiş nəqliyyat deyildikdə bu nəzərdə tutulur.
 
Bakı kəndlərində yeni stansiyaların olub-olmaması növbəti gündəm məsələsinə çevrilə bilər. Bu da həmin ərazilərdə insanların zəruri ehtiyaclarından asılı olacaq. Bunlar hamısı mərhələli şəkildə uzunmüddətli planlardır. Bakının Baş Planı təsdiq olunduqdan sonra bu istiqamətdə geniş açıqlamalar olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar