Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi “İl-76” terroru - Canilər başqa təyyarəni də vurublarmış

Tarix: 18-10-2022 16:15     Baxış: 4244 A- / A+

1988-ci il dekabrın 7-də Ermənistanda 25 min nəfərin həyatına son qoyan dağıdıcı zəlzələ baş verib. Zəlzələnin episentri Spitak şəhəri yaxınlığında olub. O zaman SSRİ-də hakimiyyət başında olan ermənipərəst Mixail Qorbaçov beynəlxalq aləmi, eləcə də müttəfiq respublikaları Ermənistana yardım etməyə çağırmışdı. Bu, elə bir vaxt idi ki, daşnaklar Ermənistanda azərbaycanlıların qətli, soyqırımı və deportasiyasını həyata keçirirdilər. Onların bu kimi vəhşiliklərinə baxmayaraq, zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə 12 dеkаbr 1988-ci ildə Аzərbаycаndаn “İl-76” təyyаrəsi Еrmənistаna göndərilir. Təyyarə Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа qəzaya uğrayır. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn 76-sı həlak olur, cəmi 1 nəfər - Balayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. Beləliklə, 68 azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Hadisənin səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Təyyarənin ermənilər tərəfindən “Stingеr” rаkеti ilə vurulması barədə məlumatlar var. Lakin bu terror aktı qəza hadisəsi kimi qələmə verilir. Yeri gəlmişkən, həmin gün еrməni tеrrоrçulаrı Türkiyəyə məxsus оlduğunu gümаn еdərək Yuqоslаviyаnın “АN-12” təyyаrəsini də vurublаr. Halbuki həmin təyyarə də zəlzələdən zərər çəkmiş şəxslərə yardım üçün gedirdi. Həmin təyyarədə olan 7 nəfərin hamısı həyatlarını itiriblər.

Manevr.az xəbər verir ki, hadisənin yeganə şahidi Fəxrəddin Balayev 2010-cu ildə vəfat edib. Onun oğlu Qurban Balayev “Report”a açıqlamasında atasının faciə ilə bağlı qorxulu xatirələrini danışıb.
Onun sözlərinə görə, atası Xırdalanda “köhnə qaraj” deyilən yerdə mexanik işləyib:
“Atamgil həmin dövrdə azərbaycanlıları vəhşiliklə qovan, onları qətlə yetirən Ermənistana köməyə yollanmaq istəməyiblər. Lakin buna baxmayaraq, elə həmin gün məcburi şəkildə iş yerindən birbaşa Ermənistana göndəriliblər. Atam 2 gün H.Z.Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə qaldıqdan sonra digərləri kimi, Bakıdan Ermənistana yola düşən “İL-76” təyyarəsinin sərnişini olub”.
Ermənilər təyyarəni raketlə vurduqdan sonra Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76” markalı hava gəmisi Leninakan yaxınlığında yerə çırpılıb.
Q.Balayev həmçinin xatırladıb ki, hadisə zamanı Fəxrəddin Balayev təyyarədəki avtomobilin kabinəsində əyləşdiyindən yerə düşəndə ağır zədələr alsa da, salamat qalıb:
“Belə ki, hadisə zamanı mexanikin əli təsadüfən açılış pultuna toxunub. Çıxış qapısı açılan zaman içərisində atam olan həmin maşın yerə çırpılıb və bunun nəticəsində sağ qalıb. Digər 78 sərnişin isə bu faciənin qurbanı olublar”.
Q.Balayev qeyd edib ki, bu təyyarədən öncə digər təyyarə ilə Ermənistana köməyə göndərilmiş Vaqif Əhmədov adlı azərbaycanlı xoşbəxtlikdən təyyarənin partladığı yerin yaxınlığında olub:
“Elə atamı xəstəxanaya çatdıran da o olub. Sarıbəniz olduğundan erməni həkimlər atamı rus biliblər. Amma onun azərbaycanlı olduğunu bildikdən sonra mənfur erməni həkimləri ağır vəziyyətdə olsa da, ona tibbi yardım etmək istəməyiblər. “Ermənilər arasında türkə yer yoxdur”, – deyərək onu müalicə etməkdən boyun qaçırıblar. Hətta, onu öldürməyə də cəhdlər ediblər. Amma oradakı ruslar onu qoruya biliblər və atam müalicə məqsədi ilə oradan Moskvaya göndərilib. Bakıda müalicəsini davam etdirsə də, səhhətinin tam bərpası mümkün olmadı və 2010-cu ildə vəfat etdi”.
Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 77 nəfərə şəhid statusu verilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar