Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ərzaq məhsullarında yenidən bahalaşma ola bilər - SƏBƏB

Tarix: 15-10-2022 12:56     Baxış: 4262 A- / A+
Azərbaycanda ərzaq məhsullarında yenidən bahalaşma ola bilər - SƏBƏB 
2022-ci ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətində rekord artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, sentyabrda qida məhsullarının ümumi qiymət səviyyəsi avqust ayına nisbətən 3,4 faiz artıb. 

Aylıq müqayisədə ərzaq mallarında bundan yüksək bahalaşma sonuncu dəfə 2016-cı ilin dekabrında baş verib. Qeyd edilən tarixdə ərzaq məhsulları, içkilər və tütün mallarının dəyəri 4,1 faiz artıb. Sonrakı aylarda belə yüksək bahalaşmaya rast gəlinməyib. Yalnız 2017-ci ilin martında 3,1 faizlik bahalaşma olub ki, bu da 2022-ci ilin sentyabrda qeydə alınan bahalaşma sürətindən zəifdir. 

2022-ci ilin sentyabrında ərzaq qiymətlərində kəskin bahalaşma cari ildəki yüksək qiymət artımlarının davamında baş verib. Adətən əvvəlki aylarda qiymət artımları daha yüksək olduqda növbəti aylarda bahalaşma sürəti bir qədər səngiyir. Lakin sentyabrda qida məhsullarının 3,4 faiz artması ondan xəbər verir ki, hələ bahalaşma imkanları var və qarşıdakı aylarda da ərzaq məhsullarının dəyərinin bir qədər də yüksəlməsi mümkündür. 

Sentyabrda qida məhsullarının kəskin bahalaşmasına təsir edən əsas amil tərəvəzlərin qiymətinin xeyli yüksəlməsi olub. Bundan başqa çörəkdə, ət və ət məhsullarında bahalaşmanın güclü olması da qida məhsullarının qiymətindəki artımı gücləndirib.  

Qeyd edək ki, Azərbaycan əhalisinin ərzaq xərclərində əsas paya tərəvəz məhsulları sahibdir. Daha sonra ən çox xərc aparan qida məhsulları arasında süd və süd məhsulları, ət və ət məhsulları, çörək, meyvə yer alır. 

Xüsusi çəkinin yüksək olması səbəbindən adıçəkilən mal qruplarında qiymət artımları böyük olduqda ümumən ərzaq məhsullarının dəyəri də kəskin şəkildə artır. Sentyabrda tərəvəzlərin qiyməti orta hesabla 10,3 faiz, çörək 4,6 faiz, ət və ət məhsulları 3,8 faiz yüksəlib. Əsas qida mallarının dəyərinin xeyli artması, nəticədə ərzaq qiymətlərində 3,4 faizlik artıma şərait yaradıb.
Ötən ay ərzaq malları daha çox bahalaşa bilərdi. Xoşbəxtlikdən sentyabrda meyvələr 2,1 faiz ucuzlaşıb, tütün və spirtli içkilərin dəyəri sabit qalıb. 
Oktyabrda mövsümün dəyişməsi ilə əlaqədar tərəvəz və meyvələrin qiymətində artımın güclənməsi ehtimalı var.  

Digər tərəfdən Rusiyadan gələn mesajlar göstərir ki, Qara dənizdə taxıl ixracının yenidən dayandırılması realdır. Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bildirib ki, əgər Krım körpüsündəki partlayışda istifadə edilən partlayıcıların Odessa limanından göndərilməsi təsdiqini taparsa, Qara dənizdəki taxıl dəhlizi bağlanacaq. 

Taxıl dəhlizinin bağlanması əsas taxıl məhsullarının, xüsusən də buğdanın, arpanın, qarğıdalı və günəbaxanın ixracının azalması ilə nətəcələnəcək. Yeni vəziyyətdə taxıl məshulları bahalaşacaq ki, bu da heyvan yemlərinin və heyvan mənşəli məhsulların, yəni ətin, süd və süd məhsullarının, kərə yağının, eyni zamanda bitki yağlarından günəbaxan və qarğıdalı yağının qiymətində növbəti artımlara səbəb olacaq. 

Buna görə də, proqnozlaşdırmaq olar ki, 2022-ci ilin sonuna doğru qida məhsullarının dəyəri bir qədər də yüksələcək.sfera.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar