Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Mənzil alıb-satanlara ŞAD XƏBƏR! - İlk dəfə... - VİDEO

Tarix: 15-10-2022 09:39     Baxış: 4250 A- / A+

"Mobil notariat" tətbiqinin imkanları genişləndirilib. Artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək və ipotekaya qoymaq işlərini notariat ofislərinə getmədən həll etmək mümkün olacaq. Xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə də ehtiyac qalmayacaq.
Manevr.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, artıq daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnaməri "Mobil Notariat" tətbiqi vasitəsilə rəsmiləşdirmək mümkündür.
Tətbiqdəki yenilik vətəndaşlara olduğu yeri tərk etmədən, həftənin bütün günləri 24 saat ərzində notariat xidmətlərdən yararlanma imkanı yaradacaq. Bununla yanaşı xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə ehtiyac qalmayacaq.
Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada əldə edə bilərlər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar