Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlər nə vaxtdan güzəştli ipoteka götürə biləcək?

Tarix: 14-10-2022 18:31     Baxış: 3268 A- / A+

Xəbər verdiyimiz bu gündən jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb.
Media Reyestrində qeydiyyatdan keçən jurnalistlər və media subyektləri üçün bir sıra güzəştlər tutulub. Bunlardan biri və ən çox gözləniləni jurnalistlər üçün güzəştli şərtlər ipotekanın təqdim olunmasıdır.
Media Reyestri artıq istifadəyə verildi. Bəs jurnalistlər nə vaxtdan güzəştli ipoteka almaq üçün müraciət edə bilərlər?
Agentliyin Kommunikasiya Şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, əvvəlcə jurnalistin işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti müraciət edərək media reyestrinə daxil olmalı və media subyekti şəhadətnaməsi almalıdır: “Bundan sonra jurnalist media reyestrinə daxil edilmək üçün müraciət edir. Müraciət qəbul olunduqdan və jurnalistə müvafiq vəsiqə verildikdən sonra jurnalist güzəştli ipoteka almaq üçün müraciət edə bilər. Bundan başqa müraciət edən şəxs güzəştli ipotekadan yararlanmaq üçün İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üzrə kriteriayalarına uyğun olmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar