Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda "Tiktok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA

Tarix: 13-10-2022 12:55     Baxış: 3282 A- / A+
Azərbaycanda

Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-dən etibarən "Tiktok" sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Səbəb ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yalnış fikir formalaşdırmaq məqsədi daşıyan məlumatların yayılması olub. Ötən gün "Tiktok" sosial şəbəkəsindən istifadə ilə bağlı yeniliyin olması deyilsə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu təkzib edib.
 
Manevr.az-ın məlumatına görə, qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə "TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.
 
Bəzi istifadəçilər üçün aylıq qazanc mənbəyinə çevrilən "TikTok”un bir müddətdir bağlı qalması həm dəstəklənir, həm də etirazla qarşılanır. Lakin istənilən halda azyaşlıların bu şəbəkədən nəzarətsiz istifadəsi böyük narahatlıq yaradır. Sosioloq Rəşad Əsgərov AZTV-yə bildirib ki, platformanın ən mənfi cəhəti dezinformasiyaların yayılmasıdır:
 
"Bəzi konkret qaydalar tətbiq olunmadığından azyaşlı uşaqlar və məktəblilər də "Tiktok"dan istifadə edir. Sosial şəbəkələrə girişin qarşısını almaq üçün qanunvericiliklə məhdudlaşdırılmalıdır. Eyni zamanda yaş məhdudiyyətini özündə əks etdirən pasport və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat gündəmə gəlməlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar