Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zərdab rayonunda məmur şəhid atasını təhqir edib otağından qovdu

Tarix: 12-10-2022 15:46     Baxış: 3322 A- / A+


İcra başçısı Mərdan Camalzadə iş yerlərini pulla satır deyə, mənim kimi imkansız şəhid ailəsi heç vaxt işlə təmin olunmayacaq.
Bu, redaksyamızın elektron poçtuna Zərdab rayonu Böyük Dəkkə kənd sakini, şəhid atası Rasim Tapdıq oğlu Abdullayev tərəfindən göndərilən şikayət məktubundandır. 

Manevr.az şəhid atasının məktubunu təqdim edir:
  
"Ailəmizin yeganə oğlu Nurlan 03 aprel 2016-cı ildə Talışkənddə qəhrəmancasına şəhid olub. Gizir kimi hərbdə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Oğlum Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə orden və medallarla təltif olunmuşdu.
Özüm isə 1-ci Qarabaö müharibısində iştirak etmişəm, müharibə veteranıyam. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Mərdan Camalzadənin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı  Mərdan Camalzadənin bu hərəkətlərini şəhid ruhuna təhqqir hesab edirik.
Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırldı. Buna görə işlə təmin olunmaq üçün həyat yoldaşım da, mən də Məşğulluq Mərkəzində qeydiyata alındıq. Ancaq hər dəfə tez bir zamanda işlə təmin olunacaqsınız deyə-deyə bir ildən çoxdur ki, bizi süründürməçliyə məruz qoyublar. Prezident cənab İlham Əliyevi xüsusi tapşırığı var ki, şəhid ailələri növbədən kənar işlə təmin olunmalıdırlar. Ancaq Zərdabda bu əksinədir, çünki rayonun yarıtmaz icra başçısı var.

Mərdan Camalzadə qəbul etməsi üçün İcra Hakimiyyətində olan zaman müavin Pərvin Mahmudova bizi qəbul etdi. Qəbula qaynım, 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayev də getmişdir.
Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Zinhar Bayramov söhbət əsasında qaynımın "bunun işinin adı nədir"- deməsindən bərk əsəbləşib, “çaqqal, mənə bax, mən döyüşmüşəm, mənim medallarım var”, deyərək bizi söyüb təhqir etdi. Hətta, üstümüzə hücum çəkib, bizi döyməyə cəhd etsə də, Pərvin Mahmudova buna imkan vermədi, bizi itələyib otaqdan çıxardı.
Beləcə, təhqir olunub oradan qovulduq. Bu həyasızlığı və tərbiyəsizliyi isə icra başçısı Mərdan Camalzadə qəsdən təşkil etmişdir. İcra başçısı Mərdan Camalzadə iş yerlərini pulla satır deyə, mənim kimi imkansız şəhid ailəsi heç vaxt işlə təmin olunmayacaq.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm, bizi təhqir etdirib döydürmək istəyən icra başçısı Mərdan Camalzadənin və onun buyruq qulu olan Zinhar Bayramovun barəsində ciddi tədbir görəsiniz. Həyat yoldaşımın və mənim işlə təmin olunmağıma köməklik göstərəsiniz."

Əlaqə telefonu: (051) 776-18-21


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar