Xəbər lenti
"Xoşbəxt məktəb mühiti” adlı seminar keçirilib - ŞƏKİLLƏR

Manevr.az xəbər verir ki, seminarda məktəbin şagird və müəllim kollektivi iştirak edib. Layihə rəhbəri İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbinin direktoru Ziyəddin Mövlamov layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, təhsilalanların hər hansı fiziki və psixoloji zorakıliq hallarından qorunmasına yardımçı olmaqdır. Layihə çərçivəsində maarifləndirici seminarlarin keçirilməsi nəzərdə tutulub. Layihə üzrə təlimçi, psixoloq Adil İskəndərov mövzu ətrafında müzakirələr aparıb, dövrümüzün qlobal problemlərindən olan bullinq (qısnama) və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, məktəbdə və ailədə bu cür halların aradan qaldırılması yollarından söz açıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Ardınca mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Sonda tədbir iştirakçılarına məlumat vərəqələri paylanıb.











Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar