Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı - ŞƏKİL

Tarix: 11-10-2022 17:56     Baxış: 4292 A- / A+
Dünən səhər saatlarında metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın idarə etdiyi “Subaru” markalı avtomobili saxlayıb.
Manevr.az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən A.Süleymanova bildirib ki, 99 YP 432 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə hərəkət edən Vüqar adlı YPX əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxasına yapışdırılmış və şəhid qardaşı Fərhad Babayevə məxsus olan şəkli qoparmağı tələb edib.
Qadın etiraz etdikdə isə yol polisi əməkdaşı ölkə rəhbərliyi tərəfindən göstərişin verildiyini bildirərək özü vinil materialından hazırlanmış bayraq və fotoşəkli qoparmağa başlayıb: “Həmin əməkdaş Prezident tərəfindən rəngi solmuş bayraq və şəhid fotolarının yığışdırılmasının əmr edildiyini dedi. Mən isə bildirdim ki, belə bir göstəriş və ya əmrlə rastlaşmamışam, əgər həqiqətən belə qərar varsa, özüm həmin şəkli yığışdıraram. O isə qayıtdı ki, yox, mən o şəkli sökməliyəm. Mən ağlamağa başladım, o isə maşının arxasına keçərək Fərhadın şəklini cırmağa başladı. Maşından ağlaya-ağlaya düşüb dedim ki, daha dəyməyin, özüm təmizləyərəm. Bu zaman ratsiya ilə kimsə həmin polisdən soruşdu ki, nə məsələdir, qadın niyə ağlayır, onu maşına otuzdurun. O da dedi ki, şəhidin bacısıdır. Ratsiyadakı şəxs bildirdi ki, dəyməyin. Məni saxlayan yol polisi əməkdaşı isə qeyd etdi ki, şəkil iki ildir yapışdırılıb və quruyub”.
Aysel Süleymanova əlavə edib ki, hadisə nəticəsində sarsıntı keçirib və bunu özünə, ailəsinə və şəhid qardaşına qarşı hörmətsizlik kimi qəbul edir: “Həmin şəkli mən özüm də gəlib evdə sökə bilərdim. Evə gələndən sonra atam gözüyaşlı həmin şəklin yapışıb qalmış hissələrini maşından təmizlədi. Bu hadisə, nəinki mənə, ailəmizə, Fərhadı tanıyan bütün insanlara pis təsir edir”.
Şəhidin bacısı qeyd edib ki, baş vermiş hadisədən sonra həmin polis əməkdaşı əlaqə saxlayaraq ondan üzr istəyib: “Mən belə bir hadisənin baş verməsinə görə, belə bir hadisə ilə bağlı şikayətçi olmağıma görə utanıram. Bakıda hamı məni, maşınımı şəhid qardaşımın fotosuna görə tanıyır. O polis qardaşımın şəklini cırmaqla nə əldə etdi? Əvəzində mənə, atama, ailəmizə iki il əvvəl yaşadığımızın daha ağırını yaşatdı”.
Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda - 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar