Xəbər lenti
Məktəbliyə zorakılıq edən başçının müavini ilə bağlı QƏRAR VERİLDİ
Lənkəranda İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az apa-ya istinadən xəbər verir ki, Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Rasilə Arifqızı 4 min manat məbləğində cərimə olunub.
Məhkəmə hökm qəbul edərkən tərəflər arasında barışıq əldə olunduğunu, heç bir şikayət və tələbin olmadığını yumşaldıcı hal kimi qeydə alıb. İttiham olunan sabiq icra başçısı müavini son sözündə məsələnin bu qədər böyüməsindən peşman olduğunu deyib.
Xatırladaq ki, bir müddət əvvəl Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb, şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar